Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2378/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş orqan – Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında **-AR-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Tiguan” markalı avtomobillə hərəkət edərkən YPX əməkdaşı onu saxlamış və inspektor tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda guya onun İXM-nin 327.2-ci maddəsinə əsasən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyi qeyd edilmişdir. Qeyd olunan ərazidə sola dönmə zolağına ayrılmış istiqamətdə işıqforun tənzimləyici işığı vardır. Həmin işıqforda yaşıl işıq təxminən 15 saniyə yanır və sonra 3 dəfə yanıb sönür. O, yolayrıcına daxil olarkən işıqforun yaşıl işığı yanıb sönürdü. Hərəkətini davam etdirmiş və daha sonra yolun əks istiqamətində dayanmış YPX-nin avtomobili geriyə hərəkət edib qarşı zolağa çıxaraq yanına gəlmiş və avtomobili saxlamağını tələb etmişdir. Daha sonra qırmızı işıqda keçərək qaydanı pozduğunu bildirmişdir. O, yaşıl işıqda keçdiyinə əmin olduğuna görə protokolla razılaşmadığını bildirmişdir. Hətta haqsız olduğunu bildirsə də mübahisə etmiş və protokol yazmışdır. Razılaşmadığını bildirmiş və protokolu imzalamamışdır. 8 yanvar 2023-cü il tarixdə “asanpay.az” saytı vasitəsi ilə kabinet üzərindən şikayət etmiş və onun iştirakı olmadan 18 yanvar 2023-cü il tarixdə protokolla bağlı qərar verilmişdir. Halbuki iştirak etməyi ilə bağlı heç bir bildiriş, zəng və ya mail vasitəsi ilə cavab almamışdır. Şikayət zamanı protokol üzrə verilmiş qərar üzrə Təhlükəsiz Şəhər kameralarından sübutların təqdim edilməsini xahiş etsə də heç bir sübut təqdim edilməmiş və “asanpay.az” kabinetinə yerləşdirilməmişdir. 13 fevral 2023-cü il tarixdə TP ******* saylı qərarı Bakı şəhər Baş Polis İdarəsindən özü yaxınlaşıb götürmüşdür. Daha sonra Nizami Rayon Məhkəməsi işə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərmişdir. Protokol qərarsız şəkildə “AsanPay” kabinetinə yenidən əlavə olunmuş və daha sonra “AsanPay” vasitəsi ilə protokol barədə qərar vermələri və ya ləğv etmələri ilə bağlı sorğu göndərmişdir. Sorğu göndərərkən yenidən qeyd etmişdir ki, qərarın qüvvədə saxlanılması nəzərdə tutularsa onun şəxsi iştirakı təmin edilərək video sübutlar təmin olunsun və qərar qeydiyyatda olduğu ünvanına göndərilsin. Lakin istəklərinin heç biri nəzərə alınmamışdır. xx.xx.2023-cü il tarixdə TP ******* saylı qərarı Bakı şəhər Baş Polis İdarəsindən özü yaxınlaşıb götürmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Volkswagen Tiguan” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Tofiq Abbasov küçəsində işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. X8 xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Xəyyam Hüseynov həmin qərardan məhkəməyə şikayət vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin DYPİnə göndərilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə onlara heç bir bildiriş gəlmədiyindən məhkəmə iclasında iştirak edə və sübutlarını təqdim edə bilməmişlər. Məhkəmənin qərarı onlara daxil olduqdan sonra yenidən işə baxılmış və Xəyyam Hüseynov tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi videogörüntü ilə öz təsdiqini tapdığından onun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmədən göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ-nin X13 İdarəsinin Yol-patrul xidməti alayının yol-patrul xidməti inspektoru X7 izahat verərək bildirmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Volkswagen Tiguan” markalı, **-AR- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Tofiq Abbasov küçəsində işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. O, inzibati xətanı bilavasitə aşkar etmişdir. O, Xəyyam Hüseynova yaxınlaşaraq törətdiyi inzibati xətanı izah etmiş və barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Xəyyam Hüseynov inzibati xəta ilə razılaşmadığı üçün o, yalnız protokol tərtib etmiş, vətəndaşın barəsində qərar qəbul etməmişdir. Xəyyam Hüseynovun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi videogörüntü ilə də öz təsdiqini tapır. Tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 16:57 radələrində idarə etdiyi “Volkswagen Tiguan” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tofiq Abbasov küçəsində svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Bakı şəhər BPİ-nin X13 İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Məhkəmə işin faktiki hallarına və X2 şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, X.R.Hüseynovun göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2378/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2378/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver