Məhkəmə qərarları › İş №3(007)-2400/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2400/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2400/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi ilə, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki xx.xx.2025-ci il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə inzibati xəta haqqında icraat üzrə materiala işin baxılmağa hazırlanması zamanı baxaraq hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Şəxs oğlu 06 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 06 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25395858 nömrəli qərarla 10 manat məbləğində cərimə edilmişdir. “AsanPay” ödəniş sistemi vasitəsilə “Protokolun nömrəsinə görə axtarış” bölməsində aparılan yoxlama zamanı Şəxs oğlunun inzibati qaydada tənbeh olunmasına əsas olmuş inzibati xəta haqqında protokolun (qərarın) mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda, həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş inzibati xəta haqqında qərarın qüvvədə olmadığına əsaslı şübhələr yaranmışdır, hansı ki, həmin halın araşdırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində baxılan işin əsasını təşkil edən inzibati xəta haqqında protokol (qərar) mövcud olmadığına, təqdim olunmuş sübutlar əsasında onun təqsirliliyini sübuta yetirmək mümkün olmadığına görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2.-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar