Məhkəmə qərarları › İş №3(007)-2401/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2401/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2401/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 1, mənzil 46 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Bakı Baş Gömrük İdarəsində **********5135 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.2022-cı il tarixdə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı, **********5135 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 15-ci mal mövqeyində 2000 ədəd "Müftə üçün asqılıq” adlı yük kimi göstərilən yükün 2000 ədəd “Benzin nasos" olduğu və həmin bəyannamənin 33-cü mal mövqeyində 440 ədəd “Lattice-Qəfəs" adlı yük kimi qeyd olunan yükün 440 ədəd “Radiator barmaqlığı” olduğu aşkar edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən **********5135 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük sərhədindən keçirilən mallar yanlış bəyan edilmişdir. Bununla da o, İXM-in 482.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 06 oktyabr 2022-ci il tarixli, № 00100-1715/22 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 bildirmişdir ki, Şəxs MMC-nin ünvanına gələn malların Çin Xalq Respublikasından idxal olunduğu sənədlər Çin dilindən əvvəlcə rus dilinə, daha sonra isə ingilis dilinə tərcümə olunmuş, 15-ci və 33-cü mal mövqeyində göstərilən yüklərin adları səhv tərcümə olunduğundan bu kimi hal yaşanmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5895 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2000 ədəd "Benzin nasos" və 440 ədəd “Radiator barmaqlığı" yükünün xx.xx.2022-ci il tarixə olan orta bazar qiymətinin 28800 (iyirmi səkkiz min səkkiz yüz manat) AZN olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 1, mənzil 46 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN:**********) tərəfindən gömrük orqanına bəyan edilməyən yükün orta bazar qiyməti 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat təşkil edir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda 06 oktyabr 2022-ci il tarixli, № 00100-1715/22 saylı inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 28800 (iyirmi səkkiz min səkkiz yüz) manatın 40%-i məbləğində, yəni 11520 (on bir min beş yüz iyirmi) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar