Məhkəmə qərarları › İş №3(007)-2415/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2415/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2415/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1955-ci ildə Krım vilayəti, Balaklava şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" Firmasının rəhbəri vəzifəsində işləyən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6864/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər X3 və "xxxx" firmasından müştərək qaydada yas mərasimləri və dəfn xərclərinin əvəzi olaraq ümumilikdə 13900 (on üç min doqquz yüz) manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq, 600 (altı min) manat məbləğində pul, cəmi 19900 (on doqquz min doqquz yüz) manat məbləğində pul alınaraq, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Lakin borclu "xxxx" firmasının rəhbəri Şəxs icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4 bildirdi ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında "xxxx" firması barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6864/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icra işi mövcuddur, icra sənədinin icrasına başlanılmış və borclu "xxxx" firmasına tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Lakin uzun müddət keçməsinə borclu icra sənədi üzrə toplanmış borcdan heç bir ödəniş etməmişdir. Borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu "xxxx" firmasının rəhbəri Şəxs əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs icra sənədi üzrə borcun bütövlüklə ödənilməsini istəyərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olduğunu bildirdi və barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq "xxxx" firmasının rəhbəri Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6864/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər X3 və "xxxx" firmasından müştərək qaydada yas mərasimləri və dəfn xərclərinin əvəzi olaraq ümumilikdə 13900 (on üç min doqquz yüz) manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq, 600 (altı min) manat məbləğində pul, cəmi 19900 (on doqquz min doqquz yüz) manat məbləğində pul alınaraq, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" firmasının rəhbəri Şəxs Bakı Apellyasiya Məhkəməsinin 22(103)-6864/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin icrası ilə bağlı xx.xx.2023-cü il tarixinə İcra İdarəsinə dəvət edilmiş və icra sənədi üzrə tələbi icra etməsi, əks halda barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq oluncağı bildirilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. "xxxx" firmasının rəhbəri Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar