Məhkəmə qərarları › İş №3(007)-2417/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2417/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2417/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Laçın” ticarət mərkəzinin qarşısında Şəxs idarə etdiyi “Mercedes-Benz Atego 818L Yük” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X2 idarə etdiyi “Nissan Qashqai” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə Gülnar Zülfqarova müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH inspektoru, polis leytenantı T.M.Kamranzadə tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 8-9 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz Atego 818L” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə sol zolaqla “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində 30/40 km/saat sürətlə hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə hərəkət edən “Nissan Qashqai” markalı avtomobil yaşıl işıq yanıb-sönərkən anidən əyləcdən istifadə edərək dayanmış və bu zaman o, əyləci bassada avtomobili saxlaya bilməmiş və onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə “Nissan Qashqai” markalı avtomobilin arxa hissəsi toqquşmuşdur. Hadisə yerinə təcili tibbi yardım avtomobili və polis əməkdaşları gəlmişlər. O, zərərçəkmişin valideyni ilə 4 dəfə telefon vasitəsilə əlaqə saxlayaraq onun səhhəti ilə maraqlanmışdır. Zərərçəkmiş şəxs ondan zərərin əvəzi olaraq 5000 manat pul istəmişdir. Hadisə nəticəsində zərərçəkmişə 5000 manatdan az ziyan dəymişdir. Sığorta tərəfindən zərərçəkmişə 5000 manat ödənilmişdir. Hal-hazırda maddi vəziyyəti ilə əlaqədar zərərçəkmişə ziyanla bağlı heç bir ödəniş edə bilmir. Ailənin yeganə qazanc gətirənidir, 3 uşağı var. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində o, “Nissan Qashqai” markalı, **-SC- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə sol zolaqla “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində hərəkətdə olan zaman işıqforun sarı işığı yanan zaman dayanmışdır. Bu zaman arxadan gələn “Mercedes-Benz Atego 818L” markalı yük avtomobili onun idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuş və zərbədən onun avtomobili yolun əks tərəfinə düşmüşdür. Bu zaman o, huşunu itirmiş və ətrafdakı şəxslər təcili tibbi yardım çağırmışlar. Sığorta ona bədən xəsarətinə görə 750 manat, avtomobilə dəymiş ziyana görə 4500 manat ödəniş etmişdir. Hadisə nəticəsində ona dəymiş ziyan tam ödənilməmişdir, Şəxs dəymiş ziyana görə əlavə 5000 manatın ödənilməsini tələb edir. Dəymiş ziyan tam ödənilmədiyinə görə şikayətçidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/3662 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:50-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 xx.xx.2023-cü il tarixli, 163 saylı rəyinin nəticə hissəsindən görünür ki, X3 hərəkət məhdudluğu ilə müşayiət olunan boynun sol yarısının və sol çiyin qurşağı əzələlərinin gərilməsi və şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/604 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mercedes-Benz Atego 818L” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Nissan Qashqai” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. - AF seriyalı, 000538 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ QİŞ/ 5 saylı Asan x.m. tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2025-cİ il tarixədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində idarə etdiyi “Mercedes-Benz Atego 818L Yük” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq X2 idarə etdiyi “Nissan Qashqai” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət alması iş üzrə araşdırılmış sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs Əlimusa oğlunun törətdiyi inzibati xətanı etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs Əlimusa oğlunun məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Əlimusa oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar