Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2419/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 19975174 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasındakı çıxışında şikayətini onunla əsaslandırmışdır ki, o, idarə etdiyi “Mercedes Benz C180” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkə Azərbaycan Respublikası 5.9 yol nişanı tələbinə riayət edilməməsi (ümumi istifadədə olan nəqliyyat vasitəsi üçün zolaq) qaydalarını pozulmasını haqqında qanunu əsas tutaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsini əsas götürərək protokol tərtib edilmiş və həmin protokoldan irəli gələn qaydalarla xx.xx.2024-cü il tarixli X4 qərar tərtib edilmişdir ki, o, həmin qərar ilə razı deyil və hesab edir ki, 30 illik nəqliyyat vasitəsinin sürücüsü kimi ona qarşı haqsızlıqdan başqa heçnə deyil. Həmçinin məhkəmə iclasında şikayətçi bildirmişdir ki, həmin zolağın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq olduğunu bilir, sadəcə olaraq tanışını avtomobilə mindirmək üçün həmin zolağa daxil olmuş, daha sonra həmin şəxsi mindirdikdən sonra isə zolaqdan çıxmışdır. Qeyd olunanlara əsaslanaraq barəsində qəbul edilmiş EQ19975174 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X7 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş EQ 19975174 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X7 16 mart 2024-cü il tarixində saat 09:52 radələrində idarə etdiyi MERCEDES-BENZ C180 minik markalı **-MJ- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 71 MTS qarşısı ümumi istifadədə olan nəqliyyat vasitləri üçün nəzərdə tutulmuş zolağa daxil olaraq hərəkət etdiyinə görə barəsində AR DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 19975174 nömrəli tənbeh vermə haqqında elektron qərarla İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X6 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. X7 şikayətində göstərmişdir ki, idarə etdiyi Mercedes-Benz C180 minik markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR 5.9 yol nişanı tələbinə riayət edilməməsi qaydalarını pozulması haqqında qanunu əsas tutaraq barəsində AR İXM-nin 327.1-ci maddəsini əsas götürərək protokol tərtib edilmiş və həmin protokoldan irəli gələn qaydalarla xx.xx.2024-cü il tarixli X3 qərar tərtib edilmişdir ki, o, həmin qərar ilə razı deyil və hesab edir ki, 30 illik nəqliyyat vasitəsinin sürücüsü kimi ona qarşı haqsızlıqdan başqa heç nə deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, X7 16 mart 2024-cü il tarixində saat 09:52 radələrində idarə etdiyi MERCEDES-BENZ C180 minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 71 MTS qarşısı ümumi istifadədə olan nəqliyyat vasitləri üçün nəzərdə tutulmuş zolağa daxil olaraq hərəkət edərək 5.9 yol nişanın tələbini pozaraq Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. İşin faktiki hallarından bir daha təsdiq olunur ki, X7 16 mart 2024-cü il tarixində saat 09:52 radələrində idarə etdiyi MERCEDES-BENZ C180 minik markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin zolağa daxil olaraq hərəkətini davam etdirərək inzibati xətanı qəsdən törətmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə də X6 oğlunun şikayətində göstərdikləri işin faktiki halları ilə uyğun gəlmir və onun tərəfindən yol hərəkəti qaydasını pozmasını təkzib edən hallar mövcud olmadığından şikayəti tam əsassızdır. Odur ki hesab edirəm ki, AR DİN BDYPl-nin xx.xx.2024-cü il tarixli, EQ 19975174 nömrəli tənbeh vermə haqqında elektron qərarından X7 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. Bütün bunları nəzərə alaraq, barəsində qərar çıxarılmış fiziki şəxs X6 şikayətinin təmin edilməməsini, barəsində qəbul edilmiş AR DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 19975174 nömrəli tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 19975174 saylı qərarına əsasən X7 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz C180” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Nizami rayonu, Qara Qarayev prospekti, 71, MTS qarşısı ünvanında hərəkətdə olan zaman, 5.9 yol nişanının tələbinə riayət edilməməsi (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) səbəbindən İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş fotogörüntülərdə X7 tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz əksini tapmışdır. Belə ki 5.9 saylı yol nişanını tələbinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin normal işləməsini təmin etmək üçün nəqliyyat axını istiqamətində zolaq ayrılır və başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilir. Əgər bu zolağın sərhədi digər zolaqlardan bütöv xəttlə ayrılıbsa, digər nəqliyyat vasitələrinin bu zolağa daxil oması bütün hallarda qadağandır. Bu zolağın sərhədi qırıq-qırıq xəttlərlə ayrılmış olsaydı, ümümi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan bəzi hallarda bu zolağa daxil olmaq olar. Məsələn, sərnişin mindirib və ya düşürtmək üçün. İş materiallarına əlavə edilmiş fotoşəkilə baxış zamanı zolağın bütöv xəttlə ayrılması müəyyən edilmişdir. Qeyd olunan səbəbdən X7 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar və fotogörüntülərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 19975174 saylı qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2419/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2419/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver