Məhkəmə qərarları › İş №3(007)-2422/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2422/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2422/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonunun Suma kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi ev 8, mənzil 16-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 02 may 2023-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, “Biz-Bizə” restoranının qarşısında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X6 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 02 may 2023-cü il tarixdə axşam saatlarında Q.Qarayev prospektində, “Biz-Bizə” restoranının qarşısında idarə etdiyi avtomobillə hərəkət etdiyi vaxt yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə yerinə polislər gəlmişlər. Həmin vaxt polislərdən biri, sonradan tanıdığı Mehrac Niftəliyev ondan sənədlərini tələb etmişdir. Həmin şəxs özünü təqdim etmədiyinə görə sənədləri verməmiş, sənədlərinin qaydasında olduğunu, onları yol polisinə və sığorta işçisinə təqdim edəcəyini bildirmişdir. Həmin vaxt o, Mehrac Niftəliyevi və digər polisləri söyməmiş, vurmamışdır. Yalnız içkili olduğuna görə polislər onu bölməyə aparmaq istəmişlər. O, yıxılmamaq üçün Mehrac Niftəliyevin çiynindən tutmuş, onun paqonlarını dartmamış və ya cırmamışdır. İçki içib avtomobili sürdüyü üçün peşmandır, amma polislərə qarşı qanunsuz hərəkətə yol vermədiyinə görə peşman olması üçün əsas yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı X1 izahatında göstərmişdir ki, 02 may 2023-cü il tarixdə Nizami rayon polis idarəsi üzrə əməliyyat qrupunun tərkibində olmuşdur. Həmin gün idarənin növbətçi hissəsinə Q.Qarayev prospektində, “Biz-Bizə” adlı restoranın qarşısında yolnəqliyyat hadisəsinin baş verməsi, hadisə zamanı xəsarət alanların olması barədə məlumat daxil olmuşdur. Qanunvericiliyin tələbinə görə belə hallarda təhqiqatşı hadisə yerinə çıxaraq hadisə yerinə baxış keçirməli, sxem tərtib etməli, hadisə iştirakçılarının şəxsiyyətinə və nəqliyyat vasitələrinə dair sənədləri müəyyən edərək götürməli və bu kimi digər hərəkətləri yerinə yetirməlidir. Saat 22:00 radələrində hadisə yerində araşdırma apardığı vaxt hadisə iştirakçılarından biri olan “Mercedes” markalı avtomobilin sürücüsünə özünü təqdim edərək araşdırma üçün zəruri olduğundan sənədlərini təqdim etməsini təklif etmişdir. Həmin vaxt ünsiyyətləri zamanı qeyd olunan şəxsin ağzından spirtli içki iyi gəlmiş, bu hal özünün açıq biruzə vermişdir. Bu barədə sürücünün özündən soruşduqda, o, həmin halı inkar etməklə yanaşı, heç bir əsas olmadığı halda, onun və ümumilikdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamış, hər hansı sənəd təqdim etməkdən imtina etmişdir. Həmin sürücü eyni anda onun xidməti geyim formasının çiynində olan paqonlarına əl ataraq onları cırmış, mayor rütbəsini göstərən ulduzu qoparmışdır. Bunu təsdiq edən foto şəkillər iş materiallarında vardır. Həmin vaxt ətrafda insanlar da toplanmışlar, lakin sürücü bunu da nəzərə almamışdır. Onun və hadisə yerində olan digər əməkdaşların sürücünün bu qanunsuz hərəkətlərinin qarşısını almaq cəhdləri alınmamış, ona görə əraziyə post-patrul xidmətinin əməkdaşları dəvət olunmuş, sürücü həmin əməkdaşların da qanuni tələblərinə tabe olmaqdan imtina etmiş, nalayiq ifadələrdən istifadəni davam etdirmişdir. Ona görə o, xidməti avtopatrul vasitəsi ilə ərazi üzrə 25-ci polis bölməsinə aparılıb təhvil verilmiş, raport yazaraq barəsində müvafiq tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri X7, şahid M.M.Niftəliyevin izahatında göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məjhkəmə inzibati xəta törətmiş şəxsin məhkəmə iclasında izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır, həmin şəxsin istinad olunan xətanı törətməsi, həmin xətada onun təqsirli olması təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İşdə olan 02 may 2023-cü il tarixli 2/13358 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 23:50-də keçirilən tibbi müayinəsi zamanı onda “yüngül dərəcəli alkoqol sərxoşluğu” müəyyən edilmişdir. Ona görə məhkəmə həmin halı inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə 02 may 2023-cü il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur, lakin bunun ardınca sərxoşluq vəziyyəti yoxlanılaraq onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir, ona görə məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablana bilməz, işin məhkəmə iclasında baxıldığı vaxtdan, 03 may 2023-cü il saat 15:20-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 03 may 2023-cü il saat 15:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar