Məhkəmə qərarları › İş №3(007)-2428/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2428/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2428/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 535-ci maddələri ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə inspektoru Rauf Museyibov tərəfindən Şəxs barəsində tərtib olunmuş 02 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli və 02 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar 03 may 2023-cü il tarixli 3-13-52-2/2-1017 nömrəli məktubla baxılması üçün bir icraatda məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar ayrı-ayrı icraatlarda təqdim edilməli olduğu halda, ümumi icraatda təqdim edilmişdir, hansı ki, məhkəmə, inzibati xəta haqqında protokollara dair işlərin icraatını mümkün hesab etdiyi halda, onların bir icraatda birləşdirilib birlikdə baxılması məsələsini həll edə bilər. Lakin, qeyd edildiyi kimi, sözügedən materiallar sahə müvəkkilinin səlahiyyəti olmadığı halda bir icraat altında toplanaraq məhkəməyə təqdim edilmişdir. Bundan başqa, 02 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və materialın aidiyyəti üzrə baxılması üçün göndərilməsinə dair qərardadda şəxsin məsuliyyətə cəlb edildiyi İXM-nin maddəsi “535.1” əvəzinə “535” kimi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 62.1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Təqdim edilmiş materiallardan görünür ki, törədilməsi ehtimal edilən xırda talama hadisəsi "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasında törədilmişdir, yəni xəta nəticəsində hüquqi şəxsə maddi zərər yetirilmişdir, lakin inzibati icraat hüquqi şəxsin müvafiq qaydada səlahiyyət verilmiş nümayəndəsinin iştirakı ilə aparılmamışdır, müvafiq etibarnamə və ya digər səlahiyyəti təsdiq edən sənəd, o cümlədən hüquqi şəxsin ona maddi ziyan vurulması barədə rəsmi müraciəti, talanmış məhsulların dəyəri, ziyanın ödənilib-ödənilməsi barədə təsdiqedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsindəki inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində tərtib olunmuş 02 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli və 02 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar