Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2432/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən-prokurorun böyük köməkçisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili- “Kiçibəyov və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, 04 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi ev 30/3-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 06 may 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2023-cü ilin sentyabr ayından xx.xx.2024-cü il tarixədək olan müddət ərzində X11 aylıq 500 manat müqabilində aralarında olan şifahi razılığa əsasən kirayə müqaviləsi bağlamadan kirayəyə verib ümumilikdə 2500 manat ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirmiş, bununla da, Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Qeyd olunanlar Həsənova Ələviyyənin izahatı, barəsində inzibati icraat başlanılan şəxs Əiyev Mürsəlin izahatı və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla sübut olunur. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.1943-cü il təvəllüdlü X6 22 fevral 2024-cü il tarixdə ünvan 2 ünvanında ölməsi ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati icraat başlanılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi atasına, atası vəfat etdiyinə görə dolayısı ilə ona məxsusdur. 2023-cü ilin sentyabr ayınadək özü ailəsi ilə birlikdə həmin ünvanda yaşamış, atasının vəziyyəti ağırlaşdığına görə, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini isə 2023-cü ilin sentyabr ayında Ələviyyə Həsənova ilə aylıq 500 manat qarşılığında razılaşmaqla kirayə müqaviləsi bağlamadan kirayəyə vermişdir. Araşdırma zamanı X14 izahat verərək bildirmişdir ki, 2023-cü ilin sentyabr ayından ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini Mürsəl adlı şəxsdən kirayə müqaviləsi bağlamadan 500 manat qarşılığında kirayə götürmüşdür. Sahib Həsənov 2023-cü ilin sentyabr ayında ona müraciət edərək anasına baxması üçün xahiş etmiş, daha sonra onlar Firəngiz Həsənovaya baxılması qarşılığında 600 manat müqabilində razılaşmışlar. Firəngiz Həsənova 2023-cü ilin sentyabr ayından vəfat etdiyi 22 fevral 2024-cü il tarixədək onun himayəsində həmin ünvanda yaşamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Nizami rayon prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış material olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən-prokuror köməkçisi X22 qərarın dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, iş üzrə araşdırma onun tərəfindən aparılmış, Şəxs izahatı da onun tərəfindən alınmışdır. Hansı ki, o, həmin izahatında etiraf etmişdir ki, atası vəfat etdiyinə görə ev ona məxsus olmuş və evi 500 manat qarşılığında Ələviyyə Həsənovaya kirayə vermişdir. Eyni zamanda Ələviyyə Həsənova da izahatında evi Şəxs 500 manat qarşılığında kirayə götürdüyünü və pöulu həmin şəxsə verdiyini bildirmişdir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən-prokurorun böyük köməkçisi X17 qərarın dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, ünvanla bağlı qeyd edir ki, şəxsin ölməsi ilə bağlı araşdırma gedib, xəstəxanadan arayış daxil olub, hər iki şəxsin izahatları alınıb, onlar da ünvanı elə qeyd ediblər. Evin şəxsin atasına məxsus olması dedikdə, 5 ay müddətində kirayəçi Şəxslə əlaqə saxlayıb, atası öldükdən sonra da kirayə münasibətləri onunla davam edib. Ziyan məsələsinə gələndə İXM-nin 398-ci maddəsi həm vurulan ziyanı, həm də əldə edilən gəliri nəzərdə tutur. Ona görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsaslı sayılmalıdır. İki-üç həftə əvvəl məhkəmədə eyni xarakterli işə baxılmış, barəsində inzibati icraat aparılan şəxs cərimə olunmuşdur. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23 may 2024-cü il tarixdə keçirilən iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini o, X7 500 manata kirayə vermişdir. Evə hər dəfə gələndə görmüşdür ki, orada yaşlı adamlar var. Maddi durumu imkan verməmişdir ki, həmin şəxsi oradan çıxarsın, atası xəstə olmuşdur. İş, ailə, hamısı onun üzərində olmuşdur. Evi kirayə verərkən kirayə müqaviləsinin bağlanmalı olduğunu bilməmişdir. Amma başa düşür ki, bunu bilməli idi, əməlini etiraf edir, peşmandır. Hazırkı halda həmin evi heç kəsə kirayə verməmişdir. Şəxs əməlini etiraf etdiyinə, inzibati məsuliyyətə cəlb olunduğu İnzibati Xətalar Məcəlləsinin “Qeyd”ində belə əməli ilk dəfə törətmiş şəxsin inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyi və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdüyü halda inzibati məsuliyyətdən azad olunması nəzərdə tutulduğundan, həmin hal və bunun hüquqi nəticəsi Şəxs izah edilmiş, ona görə, bu müddətdə inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürəcəyini bildirdiyindən, məhkəmənin iclası təxirə salınmışdır. Məhkəmənin 29 may 2024-cü il tarixə təxirə salınmış iclasında Şəxs şəxsən iştirak etməmiş, onu vəkili təmsil etmişdir. Həmin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Nümayəndə yazılı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, Nizami rayon prokurorluğu xx.xx.2024-cü il tarixdə Şəxs barəsində İXM-nin 398-ci maddəsi ilə iş üzrə icraatın başlanması haqqında qərar qəbul edərək baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda qeyd edilənlərə arqumentlərə əsasən hesab edir ki, Nizami rayon prokurorluğunun sözügedən qərarı qanunsuzdur və İXM-nin 398-ci maddəsini qeyd edilən hala, hüquq normasını mübahisəyə düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Şəxs ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini dövlət qeydiyyatına (vergi uçotuna) almadan 2023-cü ilin sentyabr ayından xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində X11 aylıq 500 manat müqablində kirayəyə verməklə ümumilikdə 2500 manat ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti göstərmişdir. Bununla da İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulan “qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma” inzibati xətasını törətmişdir. Əvvəla, sözügedən fərdi yaşayış evi Şəxs məxsus deyil, onun atasına məxsusdur və evi kirayəyə atası vermiş, oğlu isə sadəcə atasının tapşırığını icra etmişdir. O ki qaldı, Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti göstərməsi əsasına, hesab edir ki, prokurorluq qanunun normasını mübahisəyə düzgün tətbiq etməmiş və eyni zamanda yanlış şərh etmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə, o cümlədən aşağıdakılar aiddir: faiz gəliri; dividend; əmlakın icarəyə verilməsindən əldə edilən gəlir; royalti. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, əmlakın icarəyə (kirayəyə) verilməsindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab edildiyinə görə hazırki vəziyyətdə şəxsin əməlini qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma kimi qiymətləndirmək qanunun tələbinə ziddir. Çünkü, qanunun normasının mənasına görə, əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyri sahibkarlıq hesab edildiyi halda, qeyd edilən inzibati xətanın tərkibinin yaranmasını istisna edir ən azından ona görə ki, sahibkarlıq deyil. Gərək əvvəlcə sahibkarlıq hesab edilsin, ondan sonra qiymət verilsin əməl qanunsuz sahibkarlıqdır yoxsa yox. Bundan başqa, sözügedən mübahisəli qərarda Şəxs ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini dövlət qeydiyyatına almadan (vergi uçotuna) 2500 manat ziyan vurulduğu qeyd edilmişdir. Qərardan da göründüyü kimi, prokurorluq ziyan anlayışna olduqca bəsit yanaşmış, ziyanla gəlir anlayışını qarışdırmışdır. Onu da qeyd edir ki, məhkəmələr arasında ziyan və gəlirlə bağlı fərqli yanaşma vardır. Belə ki, ziyan deyəndə - şəxsin ödəməli olduğu gəlir vergisi basa düşülür. Gəlir deyəndə isə - xərclər nəzərə alınmadan əldə etdiyi ümumi məbləğ başa düşülür. Əgər, hüquqlarını müdafiə etdiyi şəxsin hərkətində (əməlində) inzibati məsuliyyətə səbəb olan hal var idisə, prokurorluq ilk öncə müvafiq qərarı Dövlət Vergi Xidmətinə göndərməli və vergidən yayınma faktı öz təsdiqini tapdığı təqdirdə, ona vergi maliyyə sanksiyası tətbiq oluna bilərdi. Yəni, 2500 manatın 14%-i = 350 manat + 175 manat isə yarısı həddində maliyyə sanksiyası tətbiq edilə bilərdi. Bu da ümumilikdə 525 manat edir. Onu da qeyd edir ki, hüquqlarını müdafiə etdiyi şəxs prokurorluqda ifadə verərkən ona materialların vergi xidmətinə göndəriləcəyi bildirilmişdir. Zəruri olaraq qeyd etmək istəyir ki, prokurorluq vurulan ziyanı 2500 yazmaqla məhkəməni çaşdırmış və ziyanla bağlı səhv fikir formalaşdırmışdır. Halbuki, qərarda vurulan ziyanı 525 manat göstərərək araşdırılması üçün vergi xidmətinə göndərməli idi. Göründüyü kimi, Nizami rayon prokurorluğunun sözügedən qərarı qanunsuzdur və İXM-nin 398-ci maddəsini qeyd edilən hala düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmiş, hüquq normasını mübahisəyə düzgün tətbiq etməmiş və bu səbəbdən inzibati xəta üzrə icraata xitam verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi inzibati xətanı törətməsi sübuta yetirilmədiyinə görə, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması ilə əlaqədar xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Vəkil Nümayəndə məhkəmə iclasında etirazında irəli sürdüyü dəlilləri müdafiə etməklə yanaşı göstərmişdir ki, əvvəla qərarda qeyd olunan ev Şəxs məxsus deyil, ikinci də qeyd edilir ki, 2500 manat ziyan vurub. Amma ziyan başqa, gəlir başqadır. Vacib məqam odur ki, Vergi Məcəlləsinin 99.3-cü maddəsi konkret yazır ki, icarəyə verilən əmlakdan əldə edilən gəlir qeyri sahibkarlıq fəaliyyətidir. Prokurorluq vergiyə müraciət etməli idi, vergi maliyyə arayışı tərtib etməli idi, bu məsələ verginin araşdırmalı olduğu məsələdir. Əgər sahibkarlıq fəaliyyəti olsa idi, prosedur qeyd etdiyi kimi olardı, lakin bu qeyri-sahibkarlıq fəaliyyətidir. Özü çox araşdırma aparmışdır bu barədə, nadir rastlanan maddədir, hətta məhkəmə təcrübəsində fərqli yanaşmalar mövcuddur. İnzibati xəta tərkibi yoxdur, qeyd edilən halları nəzərə alaraq inzibati xətanın törədilməsi sübuta yetirilmir. Şəxsin təqsiri sübuta yetirilmədiyi üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. 05 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Nümayəndə digər yazılı etirazını təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilən fərdi yaşayış evi Şəxs məxsus deyil, onun atası X9 məxsusdur (qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilir). Sözügedən fərdi yaşayış evini kirayəyə məhz atası vermiş, oğlu Şəxs isə atası yataq xəstəsi olduğu üçün sadəcə atasının tapşırıqlarını icra etmiş, alınan kirayə haqqını atasına vermiş, atası həmin vəsaiti dərman ehtiyacları üçün istifadə etmişdir. Hətta Şəxs alınan izahatda vəsaitin özünün istifadə etdiyi qeyd edilməyib, bu da onu deməyə əsas verir ki, kirayə haqqına mülkiyyətçi sərəncam verib. Bundan başqa, qərarda Şəxs məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin kirayəyə verilməsi qeyd edilsə də, ünvan düzgün göstərilməyib. Şəxs məxsus qeyd edilən ünvanda fərdi yaşayış evi mövcud deyildir. Yaşayış yeri haqqında verilən arayışda və eyni zamanda qeydiyyat vəsiqəsində sözügedən ünvan, ünvan 7 kimi, prokurorluq araşdırmanı səthi aparmış, ünvanı belə düzgün müəyyən etməmiş və ən əsası fərdi yaşayış evinin kimin mülkiyyətində olmasının müəyyən edilməsi üçün müvafiq orqana sorğu verməmiş, əməlində hər hansı bir inzibati hüquq pozuntusu olmayan şəxsin barəsində inzibati icraat başlamışdır. O ki qaldı, Şəxs qanunsuz sahubkarlıq fəaliyyəti göstərməsi əsasına, hesab edir ki, prokurorluq qanunun normasını da mübahisəyə düzgün tətbiq etməmiş və hətta normanı yanlış şərh etmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, qeyrisahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə, o cümlədən aşağıdakılar aiddir: faiz gəliri; dividend; əmlakın icarəyə verilməsindən əldə edilən gəlir; royalti. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, əmlakın icarəyə (kirayəyə) verilməsindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab edildiyinə görə hazırki vəziyyətdə şəxsin əməlini qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma kimi qiymətləndirmək qanunun tələbinə ziddir. Çünkü, qanunun normasının mənasına görə, əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyri sahibkarlıq hesab edildiyi halda, qeyd edilən inzibati xətanın tərkibinin yaranmasını istisna edir ən azından ona görə ki, sahibkarlıq deyil. Gərək əvvəlcə sahibkarlıq hesab edilsin, ondan sonra qiymət verilsin əməl qanunsuz sahibkarlıqdır yoxsa yox. Bundan başqa, sözügedən mübahisəli qərarda Şəxs ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini dövlət qeydiyyatına almadan (vergi uçotuna) 2500 manat ziyan vurulduğu qeyd edilmişdir. Qərardan da göründüyü kimi, prokurorluq ziyan anlayışna olduqca bəsit yanaşmış, ziyanla gəlir anlayışını qarışdırmışdır. Onu da qeyd edir ki, məhkəmələr arasında ziyan və gəlirlə bağlı fərqli yanaşma vardır. Belə ki, ziyan deyəndə - şəxsin ödəməli olduğu gəlir vergisi basa düşülür. Gəlir deyəndə isə - xərclər nəzərə alınmadan əldə etdiyi ümumi məbləğ başa düşülür. Əgər, hüquqlarını müdafiə etdiyim şəxsin hərəkətində (əməlində) inzibati məsuliyyətə səbəb olan hal var idisə, prokurorluq ilk öncə müvafiq qərarı Dövlət Vergi Xidmətinə göndərməli və vergidən yayınma faktı öz təsdiqini tapdığı təqdirdə, ona vergi maliyyə sanksiyası tətbiq oluna bilərdi. Yəni, 2500 manatın 14%-i 350 manat. Onu da qeyd edir ki, hüquqlarını müdafiə etdiyi şəxs prokurorluqda ifadə verərkən ona materialların vergi xidmətinə göndəriləcəyi bildirilmişdir. Zəruri olaraq qeyd etmək istəyir ki, prokurorluq vurulan ziyanı 2500 yazmaqla məhkəməni çaşdırmış və ziyanla bağlı səhv fikir formalaşdırmışdır. Halbuki, qərarda vurulan ziyanı 350 manat göstərərək araşdırılması üçün dövlət vergi xidmətinə göndərməli idi. Göründüyü kimi, Nizami rayon prokurorluğunun sözügedən qərarı qanunsuzdur və İXM-nin 398-ci maddəsini qeyd edilən hala düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmiş, hüquq normasını mübahisəyə düzgün tətbiq etməmiş və bu səbəbdən inzibati xəta üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xətanı törətməsi sübuta yetirilmədiyinə görə, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması ilə əlaqədar xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Vəkil Nümayəndə məhkəmə iclasında etirazında irəli sürdüyü dəlilləri müdafiə etməklə yanaşı göstərmişdir ki, qərarda evin Şəxs məxsus olması qeyd edilib, o, məhkəməyə sənəd təqdim etmişdir, ev Şəxs məxsus deyil. Ünvan səhv yazılmışdır. Əsas vurğulamaq istədiyi məqam odur ki, Vergi Məcəlləsi icarə müqaviləsini qeyri-sahibkarlıq fəaliyyəti hesab edir. Ev hüquqlarını müdafiə etdiyi şəxsin atasına məxsusdur. Atası yataq xəstəsi olub. Oğlu alıb pulu, atasına verib. Şəxs soruşmayıblar ki, kirayədən aldığı pulu nəyə xərcləyib, əgər soruşsaydılar deyəcəkdi ki, həmin pulu xəstə atasına verib, atası üçün xərcləyib. Prokurorluq vergiyə müraciət etməli idi, vergi araşdırmalı idi. Prokurorluq deyir ki, 2500 manat ziyan vurmuşdur, bu, çox absurddur, necə ola bilər ki, 2500 manat ziyan vursun. İnzibati xəta tərkibinin olması sübuta yetirilmədiyinə və inzibati xəta tərkibi olmadığına görə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 05 iyun 2024-cü il tarixdə keçirilən iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Nizami rayon prokurorluğuna nə üçün izahat verməyə çağırıldığını bilmirdi. Evi kirayəyə özü yox, atası vermişdir. Atası insult xəstəsi olub, ona deyib kirayə verib. Danışıqları o özü aparmış ola bilər. Vəkilinin qeyd etdikləri ilə razıdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon prokurorluğunun 06 mart 2024-cü il tarixli qərarından görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan X4 24 fevral 2024-cü il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək, 1943-cü il təvəllüdlü nənəsi X3 ölümünün hansı şəraitdə baş verməsi barədə məlumatı olmamasını bildirmişdir. Firəngiz Hüseynovanın müraciəti Nizami rayon prokurorluğunda “Prokurorluğa daxil olmuş cinayətlər haqqında məlumatların qeydiyyatı” kitabında 199C-24 saylı nömrə ilə qeydiyyata alınaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən araşdırılması prokuror köməkçisi Ramazan Məmmədova həvalə edilmişdir. Araşdırma zamanı 2 saylı TTTY stansiyasının səyyar həkimi X20 izahatında göstərmişdir ki, 22 fevral 2024-cü il tarixdə saat 08-dən saat 20-dək növbətçi həkim olmuş, saat 14:22 dəqiqədə ünvan 2 ünvanına xəstə 1943-cü il təvəllüdlü X6 adına X43 çağırışı olunmuş, təxminən saat 14:40 radələrində qeyd edilən ünvana çatmış, xəstə Firəngiz Həsənova terminal vəziyyətdə olmuş, təzyiqi ölçülə bilməmiş, tənəffüsü səthi və huşu alaqaranlıq olmuşdur. Bununla yanaşı, əlləri və ayaqları sianotik (qanın qovula bilməməsindən göyərmələr) vəziyyətdə olmuş, müayinə aparıldıqdan sonra xəstənin terminal vəziyyətdə olması, yəni artıq təbii ölümünün yaxınlaşması müəyyən edildiyindən, heç bir tibbi müdaxilə edilməsi mümkün olmamışdır. Ünvanda adını bilmədiyi, lakin xəstənin oğlu və qızı olduğunu bildirən şəxslər olmuş, saat 15:10 radələrində xəstənin müayinəsi yekunlaşdıqdan sonra ünvanı tərk etmişdir. Gülşən Şahbazova ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Firəngiz Həsənovanı müayinə etdiyi zaman sonuncunun bədən səthində hər hansı işgəncəyə xarakterik izlər olmamış, xəstənin bədənində yanlız sianotik ləkələr, yəni ölümün gerçəkləşdiyi zaman bədəndə qan axımının azalması nəticəsində əmələ gələn ləkələr olmuş, yaxınları bir müddət əvvəl xəstənin təzyiqi qalxdığı üçün 15-20 gün xəstəxanada yatdığını, daha sonra təbii ölümün gerçəkləşəcəyi üçün xəstəxanadan evə buraxılmasını bildirmişlər. Material üzrə izahatı alınmış 2 saylı TTTY stansiyasının səyyar həkimi X25 göstərmişdir ki, 22 fevral 2024-cü il tarixdə saat 08-dən saat 20-dək növbətçi həkim olmuş, saat 18:16 dəqiqədə ünvan 2 ünvanına xəstə 1943-cü il təvəllüdlü X6 adına X43 çağırışı olunmuş, təxminən saat 18:30 radələrində qeyd edilən ünvana çatmış, ünvana çatdıqda Firəngiz Həsənovanın həkiməqədər ölümü müəyyən olunmuş, ünvanda Sahib adlı şəxs Firəngiz Həsənovanın oğlu və başqa qadınlar olmuş, Firəngiz Həsənovanın şəxsiyyət vəsiqəsi ilə ölən şəxsin eyniliyi təmin olunmuş, “Həkimə qədər ölüm” və qadın cinsli meyit diaqnozu soyulmuş, yaxınlarının deməsinə görə xx.xx.2024-cü il tarixdə yüksək təzyiqi olduğu üçün Firəngiz Həsənova 2 saylı Əfəndiyev adına xəstəxanaya aparılmış, təxminən 20 gün müalicə aldıqdan sonra, qocalıqdan təbii ölüm baş verəcəyi üçün xəstə evə buraxılmışdır. Aydın Abdinov ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Firəngiz Həsənovanı müayinə etdiyi zaman sonuncunun bədən səthində hər hansı işgəncəyə xarakterik izlər olmamışdır. Material üzrə izahatı alınmış oğlu X32 göstərmişdir ki, anası X18 22 fevral 2024-cü il tarixdə ürəyin işemik xəstəliyindən vəfat etmş, 2013-cü ildən etibarən bacı və qardaşları ilə münasibətləri korlanmış, o da ailə qurduğu zamandan bəri, Abşeron rayonu Masazır qəsəbəsində qaynanasının evində yaşamış, lakin mütəmadi olaraq anasını ziyarət etmək üçün Əhmədli qəsəbəsində yerləşən ata yurduna tez-tez getmişdir. 2023-cü ilin yay aylarında yenə anasını ziyarət etmək üçün oraya getmiş, amma həmin həyətdə digər 3 qardaşı qalsa da, anasına normal şəkildə baxan olmamış, anası həmin zamanlar ağır təzyiq xəstəsi olmuş, amma qardaşları həkimə aparmamış, o da əsəbiləşib, anasına qarşı laqeyd münasibəti görüb ilk öncə X43 xidməti ilə xəstəxanaya aparmış, bir neçə gün Əfəndiyev adına 2 saylı xəstəxanada qaldıqdan sonra, anası üçün baxıcı axtarmağa başlamış, özü qaynanasının evində qaldığından anasını öz yaşadığı evə apara bilməmiş, bundan sonra internetdə baxıcı axtarmış və Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 159 ünvanında yaşayan Ələviyyə adlı xanımın yaşlı xəstələrə pul qarşılığında baxdığını öyrənmiş, xəstəxanadan çıxdıqdan sonra təxminən 2023-cü ilin avqust-sentyabr ayında anasını Ələviyyə xanımın yanına aparmış, 600 manat qarşılığında Ələviyyə xanımın anasına baxması üçün razılaşmış, özü də mütəmadi olaraq anasını ziyarət etmək üçün oraya getmişdir. xx.xx.2024-cü il tarixdə anasının təzyiqi qalxmış, vəziyyəti ağırlaşmış, buna görə də X43 xidmətinə müraciət edərək, anasını 2 saylı Əfəndiyev adına xəstəxanaya aparmış, 17 gün həmin xəstəxanada müayinə və müalicə olunduqdan sonra, xx.xx.2024-cü il tarixdə anasının artıq müalicəyə tab gətirmədiyinə görə evə buraxılmışdır. xx.xx.2024-cü il tarixdə saat 9-10 radələrində Ələviyyə xanım onunla əlaqə saxlayaraq, anasının vəziyyətinin ağırlaşdığını bildirmiş, o da saat 12 radələrində anasının yanına getmiş, saat 14 radələrində X43 xidmətinə müraciət etmiş, X43 xidmətinin həkimi anasının terminal vəziyyətdə olduğunu, hər şeyə hazır olmağını demiş, o da anasının artıq vəfat edəcəyini başa düşüb şəxsiyyət vəsiqəsi Əhmədli qəsəbəsində yerləşən evdə qaldığından oraya gedib anasının şəxsiyyət vəsiqəsini götürmüş, saat 18 radələrində Ələviyyə xanım ona zəng edərək, artıq anasının vəfat etdiyini demiş, o, Keşlə qəsəbəsində yerləşən evə çatdıqdan sonra X43 xidmətinə yenidən müraciət etmiş, X43 xidməti gəldikdə artıq anası vəfat etmişdir. Daha sonra anasını Əhmədli qəsəbəsində yerləşən meyit yuma yerinə apararaq, dini adət ənənələrə uyğun olaraq yuduzdurmuş, bundan sonra boyük qardaşına analarının rəhmətə getdiyini, ertəsi günü səhər saatlarında dəfn edəcəklərini bildirmiş, xx.xx.2024-cü il tarixdə anasını ata yurduna apararaq qohumları meyitlə vidalaşmış, saat 15 radələrində anasını dəfn etmişlər. Anasının yas mərasimində, xx.xx.2024-cü il tarixdə qardaşları ata yurdundan ona qalan pay üstündə mülk davasına çıxmış, onun üzərinə hücum çəkmiş, o da bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Sahib Həsənov ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, anası xx.xx.2024cü il tarixdə onun, arvadı Ülkər Yəhyazadənin, anasının baxıcısı Ələviyyə adlı xanımın yanında vəfat etmişdir. Anasının vəfatı ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Araşdırma zamanı X26 əri Sahib Həsənov ilə eyni məzmunlu zahat vermişdir. Material üzrə izahatı alınmış X14 göstərmişdir ki, ünvan 9 ünvanında 2023-cü ilin sentyabr ayından etibarən qeyri-rəsmi, dövlət qeydiyyatına alınmadan, müqaviləsiz şəkildə yaşlı şəxslərə baxıcılıq edir. Həmçinin, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini Mürsəl adlı şəxsdən kirayə müqaviləsi bağlamadan 500 manat qarşılığında kirayə götürmüşdür. Sahib Həsənov 2023-cü ilin sentyabr ayında ona müraciət edərək anasına baxması üçün xahiş etmiş, daha sonra onlar Firəngiz Həsənovaya baxılması qarşılığında 600 manat müqabilində razılaşmışlar. Sahib Həsənov həmin ödənişi kartdan karta olmaqla, iki dəfəyə 400 manat və 200 manat olaraq ödənilmişdir. Firəngiz Həsənova 2023-cü ilin sentyabr ayından vəfat etdiyi 22 fevral 2124-cü il tarixədək onun himayəsində yaşamış, qaldığı müddət ərzində səhhəti yaxşı olmadığından bir neçə dəfə oğlu və gəlini tərəfindən xəstəxanaya aparılmışdır. Firəngiz Həsənova sağlığında hər zaman oğlu Sahib Həsənovdan razılığını dilə gətirmişdir. xx.xx.2024-cü il tarixdə Firəngiz Həsənovanın səhhəti ağırlaşdığı üçün Sahib Həsənova məlumat vermiş, Sahib arvadı Ülkər ilə birlikdə oraya gəlmiş, həmin gün Firəngiz Həsənova vəfat etmişdir. Həmin gün 2 dəfə olmaqla, X43 xidmətinə müraciət olunmuş, X43 xidmətinin həkimləri Firəngiz Həsənovanın ölümünün yaxınlaşdığı üçün heç bir kömək göstərə bilməmişlər. Araşdırma zamanı X4 izahatında göstərmişdir ki, nənəsi Firəngiz Həsənova xx.xx.2024-cü il tarixdə vəfat etmiş, lakin nənəsini sonuncu dəfə 2023-cü ilin yay aylarında görmüş, o vaxtdan sonra əmisi Sahib Həsənov nənəsini aparmış, nənəsinin harada və hansı şəraitdə saxlamasından məlumatı olmamış, buna görə də nənəsinin xx.xx.2024-cü il tarixdə ölməsi onda bir sıra şübhələr doğurmuşdur. Material üzrə izahatı alınmış Şəxs bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi atasına, atası vəfat etdiyinə görə dolayısı ilə ona məxsusdur, 2023-cü ilin sentyabr ayınadək özü ailəsi ilə birlikdə həmin ünvanda yaşamış, atasının vəziyyəti ağırlaşdığına görə, havasının daha təmiz olduğu üçün Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini isə kirayə vermək üçün elan vermiş, bir müddət sonra Ələviyyə Həsənova ona müraciət edərək həmin evi kirayə götürmək istədiyini bildirmiş, həmin kirayə üçün 500 manat qarşılığında razılaşmış, lakin kirayə müqaviləsi bağlamamış, Ələviyyə xanımın sonralar yaşlı insanlara baxmasını öyrənmiş, savab iş gördüyü üçün heç bir müdaxilə etməmişdir. Araşdırma zamanı Bakı şəhər X43 stansiyasının 2 saylı bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli X12 tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:22-də səyyar həkim Gülşən Şahbazova çağırışı qəbul etmiş, göstərilən ünvanda olmuş, xəstəni müayinə etmiş, xəstəyə “Essensial hipertenziya. Qocalıq. Terminal vıziyyət” diaqnozu qoymuşdur. Xəstə barədə məlumat poliklinikaya ötürülmüşdür. İkinci çağırış xx.xx.2024-cü il tarixdə saat 18:16-da olmuş, çağırışı səyyar həkim Aydın Abdinov qəbul etmiş, vətəndaşa “Həkimə qədər ölüm. Qadın cinsli meyit” diaqnozu qoymuş, müvafiq qurumlara məlumat vermişdir. Hər iki çağırış ***-***-**-** saylı mobil telefon vasitəsilə edilmişdir. Araşdırma zamanı X23 izahatına əlavə etdiyi xx.xx.2024-cü il tarixli 027 nömrəli ambulator kitabçadan çıxarışdan görünür ki, X18 xx.xx.2024-cü il tarixdə “ürəyin işemik xəstəliyi” diaqnozu ilə Əfəndiyev adına X42 yerləşdirilmiş və xx.xx.2024-cü il tarixdə evə buraxılmışdır. Araşdırma zamanı X23 izahatına əlavə etdiyi Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Fərid Abbasovun xx.xx.2023-cü il tarixli HK-2419 saylı material üzrə cinayət işinin başlanmasının rədd qərarından görünür ki, X33, X36 və X2 ərizə ilə müraciət edərək, qardaşları Sahib Həsənovun anaları Firəngiz Həsənovaya məxsus pensiya kartını özündə saxlamasını, pulları özü üçün xərcləməsini, analarını götürüb harasa aparmasını, Firəngiz Həsənovaya işgəncə verməsini və döyməsini bildirmişlər. Araşdırma nəticəsində X33, X36 və X15 müraciətləri üzrə Sahib Həsənov və Ülkər Yəhyazadənin əməllərində cinayət tərkibi olmadığından, tərəflər arasında olan münaqişənin səbəbi mülk məsələsi olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı X10 rayon prokurorluğuna ərizə ilə müraciət edərək, anası X6 ölümü ilə bağlı heç bir şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Araşdırma zamanı X1 rayon prokurorluğuna ərizə ilə müraciət edərək, nənəsi X6 ürəyin işemik xəstəliyindən vəfat etdiyi üçün ölümü ilə bağlı heç bir şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində xx.xx.1943-cü il təvəllüdlü X6 22 fevral 2024-cü il tarixdə ölməsi ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən, material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Bununla yanaşı, araşdırma zamanı X8 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin tərkib əlamətləri müəyyən olunduğundan barələrində inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatət verilməlidir. Göstərilənlərə əsasən, xx.xx.1943-cü il təvəllüdlü X6 22 fevral 2024-cü il tarixdə ölməsi ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən, material üzrə cinayət işinin başlanması rədd edilmiş, X8 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin tərkib əlamətləri müəyyən olunduğundan barələrində inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatət verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin “Qeyd”inin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əliyev X16 Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətsə də, inzibati xəta nəticəsində əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməmişdir, ona görə də onun həmin maddənin “Qeyd”inin 2-ci hissəsində nəzərdə tutulan qaydada və əsasla inzibati məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur. Məhkəmə ilk növədə qeyd edir ki, baxmayaraq ki, İnzibati Xətalar Məcəlləsinin 8.2ci maddəsinin tələbləri baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, Şəxs Bakı şəhəri Nizami rayon prokurorluğunda və məhkəmənin ilkin iclasında (müqavilə əsasında vəkili işə qoşulanadək) verdiyi izahatlarında inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarda göstərilən qaydada əməlini etiraf etmişdir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair Bakı şəhəri Nizami rayon prokurorluğunun 06 may 2024-cü il tarixli qərarı, həmin prokurorluğun xx.xx.1943-cü il təvəllüdlü X6 22 fevral 2024-cü il tarixdə ölməsi ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən, material üzrə cinayət işinin başlanması rədd edilməsinə dair 06 mart 2024-cü il tarixli qərarı əsasında qəbul edilmişdir. Hansı ki, həmin qərar marağına toxunan şəxslər, konkret olaraq Şəxs tərəfindən müvafiq qaydada mübahisələndirilməmiş, yuxarı prokurora və ya məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Hazırkı halda baxılan icraatda belə əsaslar müəyyən edilməmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, onun vəkili tərəfindən iş üzrə inzibati xəta tərkibinin olmaması əsası ilə işin faktiki halları mübahisələndirilir. Ona görə məhkəmə irəli sürülən dəlillərə münasibətini aşağıdakı qaydada əsaslandırır. Belə ki, Şəxs ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2023-cü ilin sentyabr ayından 22 fevral 2024-cü il tarixədək olan müddət ərzində X11 aylıq 500 manat müqabilində aralarında olan şifahi razılığa əsasən kirayə müqaviləsi bağlamadan kirayəyə verib ümumilikdə 2500 manat ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsi istər Şəxs, istərsə X8 izahatları, eyni zamanda işin faktiki halları ilə müəyyən olunaraq sübuta yetirilmişdir. Kirayə verilmiş Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 159 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə qeydiyyata alınmaması inzibati xətanın həmin ünvanda baş verməsi faktını istisna etmir, Nizami rayon prokurorluğunda X3 ölümünün hansı şəraitdə baş verməsi faktının araşdırılması zamanı bu hal öz təsdiqini tapmışdır, o cümlədən X3 ölümünədək dəvət edilmiş X43 stansiyasının həkim briqadası da məhz qeyd olunan ünvanda olmuşlar, hansı ki, həmin ünvanda X14 mərhum Firəngiz Həsənovaya 2023-cü ilin sentyabr ayından vəfat etdiyi 22 fevral 2024-cü il tarixədək baxıcılıq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 oktyabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinin hədlərini müəyyənləşdirən 54-cü maddəsinə müvafiq olaraq, prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Konstitusiyanın və qanunların tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Bu normanın müddəaları Konstitusiyanın Azərbaycan Respublikası Prokurorluğunun qanunda nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etdiyini müəyyən edən 133-cü maddəsindən irəli gəlir. Nəzarət funksiyası ilə yanaşı, prokurorun inzibati xətalar haqqında işlər üzrə icraatda həyata keçirdiyi funksiyalarından biri də inzibati təqiblə bağlıdır. Həmin funksiyanın hüquqi əsasını “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun prokurorluğun fəaliyyət istiqamətlərini müəyyən edən 4-cü maddəsi, eləcə də İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsi təşkil edir. Məcəllənin 54.2-ci maddəsi ilə konkret inzibati xəta növlərinin siyahısı göstərilməklə, prokurorun həmin inzibati xətalar üzrə icraatın başlanması haqqında qərar qəbul etmək səlahiyyəti müəyyən edilmişdir. Bu maddədə o da qeyd edilmişdir ki, prokuror Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xəta növləri üzrə icraatı başlamaq hüququ müstəsna olaraq prokurora aid edilsə də, qanunvericiliklə onun bu səlahiyyəti həmin inzibati xətalarla məhdudlaşdırılmamış, İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, prokurora digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması imkanı tanınmışdır. Prokuror tərəfindən qəbul edilən və özündə inzibati xəta haqqında protokolda əks etdirilməli olan bütün məlumatları ehtiva edən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın təkrarən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə işlərə baxmaq səlahiyyəti olan orqana (vəzifəli şəxsə) göndərilməsi icraatda həddən artıq formallığa səbəb olmaqla, “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərinin pozulması ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında da qeyd etmişdir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamağı zəruri hesab edir ki, inzibati xətalar haqqında iş üzrə icraatda həddən artıq formallığa yol verilməsi nəticəsində icraatın uzadılması inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə nəticələnə bilər ki, belə hallar inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasına, inzibati tənbehin isə məqsədlərinə nail olunmasına maneə yaranmasına gətirib çıxarar. Ona görə məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkilinin iş üzrə inzibati icraatın Nizami rayon prokurorluğunda aparılmasının qanunsuz olması, materialların Dövlət Vergi Xidmətinə göndərilməli olması barədə dəlilini də əsassız saymışdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə iclasında toplanaraq tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, onun əməlinin həmin maddənin təsiri altına düşməsi öz təsdiqini tapmışdır, müdafiə tərəfinin irəli sürdüyü dəlillər inzibati xəta haqqında işin icraatını istisna etmir və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməməklə işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İrəli sürülən dəlillər isə Şəxs inzibati məsuliyyətdən yayındırmağa cəhd kimi qiymətləndirilməklə nəzərə alınmır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə cərimə məbləğinin həddini müəyyən edərkən nəzərə alır ki, Şəxs yuxarıda göstərilən qaydada inzibati xəta törətməsi ilə 2500 manat gəlir əldə etməsi işin faktiki müəyyən olunmuş halları ilə öz təsdiqini tapır, belə olan halda, Şəxs inzibati xəta nəticəsində əldə edilmiş gəlirin, yəni 2500 manat pul məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə təyin edilməli, lakin bu zaman maddənin sanksiyasının aşağı həddində tənbehin tətbiqi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində əldə edilmiş 2500 (iki min beş yüz) manat gəlirin iki misli miqdarında - 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2432/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2432/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver