Məhkəmə qərarları › İş №3(007)-2438/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2438/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2438/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X12 oğlunun, Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsinin polis sahə inspektoru, polis leytenantı X4 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi T.Paşayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 13.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X6 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi T.Paşayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 13.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, işsiz olduğu üçün «Çayla» çay evində ofisiant işləmək üçün müraciət etmişdir. Həmin çay evində ofisiant kimi təxminən 3 gün işləmiş və gecə saat 24:00-dan sonra xidmət göstərməmişlər. 13 sentyabr 2021-ci il tarixdə gecə «Çayla» çay evini bağlamaq istəyərkən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları çay evinə daxil olaraq karantin qaydalarını pozduğunu qeyd edərək onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair protokol tərtib etmişlər. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini rəhbər tutaraq barəsində inzibati cərimə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4000 (dörd min) manat cərimə olunmuşdur. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 13 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş 13 sentyabr 2021-ci tarixli, MN ******* saylı qərar əsasız olduğundan ləğv edilməli və inzibati işə xitam verilməlidir. Belə ki, o, fiziki şəxs olduğu halda Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin rəisi Turab Paşayev onun barəsində hüquqi şəxs kimi qərar qəbul etmiş və barəsində 4000 (dörd min) manat inzibati cərimə haqqında protokol tərtib etmişdir. O, şəhid X5 oğludur, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları bir şəhid oğlu olduğunu nəzərə almamışlar. O, həmin çay evini icarəyə götürməmiş və VÖEN-ni yoxdur, sadəcə çay evində ofisiant işləmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları qeyri-qanuni protokol tərtib etmişlər. O, ilk dəfə inzibati xəta törətmiş, əməlindən peşmandır, fiziki şəxs olduğu üçün barəsində tətbiq edilən cərimə cəzası tam əsassızdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X12 oğlu şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi T.Paşayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 13.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsinin polis sahə inspektoru, polis leytenantı X7 bildirmişdir ki, 13.09.2021-ci il tarixdə əməliyyat tədbiri zamanı X1 qaydalarını pozaraq “Çayla” çay evində saat 24:00-dan sonra xidmət göstərməsi aşkar edilmişdir. Həmin vaxt orada olan şəxslərin hamısının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və hər birinin barəsində 200 manat cərimə edilmələrinə dair qərar qəbul edilmişdir. Xəlilov Rza çay evini özünün işlətdiyini bildirdiyi üçün onun barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul edilmişdir. Onlarda X2 kimi fəaliyyət göstərməsini və VÖEN-ni olmasını təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsinin polis sahə inspektoru, polis leytenantı Ə.M.Məmmədov tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, 13.09.2021-ci tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vət. Xəlilov karantin qaydalarını pozaraq “Çayla” çay evini gecə saat 24:00-dan sonra işlətmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi T.Paşayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 13.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X6 inzibati xəta törətməsi haqqında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin rəisi T.Paşayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 13.09.2021-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından (R.X.Xəlilovun karantin rejiminin pozulduğu obyektdə vəzifəli şəxs olması, həmin obyektdə işləməsi və s ) şikayət qismən təmin edilməli, X6 barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi T.Paşayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 13.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi T.Paşayev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 13.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X6 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar