Məhkəmə qərarları › İş №3(007)-244/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-244/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-244/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 598.1.1, 598.1.2 və 598.1.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş materiala əsasən Azərbaycan Respublikasının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununun tələblərinə 20.10.2021-ci il tarixdə saat 12:00-da əməl edilməmişdir. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş E.M.Həmzəyev tərəfindən 20.10.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.10.2021-ci il tarixli Qərarına əsasən Şəxs MMC-də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 10.02.2009-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə növbədənkənar səyyar yoxlama aparılmışdır. MMC-yə səyyar yoxlamasının aparılması üçün də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunması ilə bağlı zəruri olan sənədlərin təqdim edilməsi barədə tələbnamə təqdim edilmişdir. MMC-dən zəruri sənədlərin 7 iş günü müddətində, yəni 14.10.2021-ci il tarixə kimi yoxlayıcılara təqdim edilməsi tələb edilmişdir. Lakin MMC tərəfindən zəruri sənədlər təqdim edilməmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 598.1.1, 598.1.2 və 598.1.3-cü maddələrinin tələblərinin pozulması faktı aşkar edilmiş və bununla bağlı MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin nümayəndəsi də iştirak etmişdir. Göstərilənlərə əsasən məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X9 izahat verərək bildirmişdir ki, əvvəlki məhkəmə iclasında və apellyasiya məhkəməsində iştirak etmiş, izahatını vermişdir, həmin izahatı müdafiə edir. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi həmin məhkəmə iclaslarında iştirak etməmişdir. Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Şəxs MMC-nin fəaliyyət sahəsi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun predmeti deyildir. Əgər barələrində 15000 manat cərimə tətbiq edilərsə maliyyə vəziyyətləri daha da ağırlaşacaq, işçilərin ixtisarına səbəb olacaqdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Nəzarət olunan subyektin səyyar yoxlamasına dair 20.10.2021-ci il tarixli, **********764200 saylı aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.10.2021-ci il tarixli, **********150307 nömrəli Qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İstehsal sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi X5 tərəfindən Şəxs MMC adlı nəzarət subyektində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 10 fevral 2019-cu il tarixli, 767-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə 01.10.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmışdır. Yoxlama “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq aparılmışdır: 1.1 Yoxlama 05.10.2021-ci il tarixdə başlanılmış və 20.10.2021-ci il tarixdə başa çatdırılmışdır; 1.2. yoxlanılan dövrdə nəzarət subyektinin vəzifəli şəxsləri (rəhbər, məsul şəxs və yaxud onların vəzifələrini icra edən şəxslər) göstərilənlər olmuşdur: müəssisənin direktoru – 30.11.2019-cu il tarixədək X6; 01.12.2019-cu ildən X9; 1.3 Nəzarət kitabçası təqdim edilməmişdir. Həmin aktın giriş hissəsindən görünür ki, nəzarət olunan subyektdə səyyar yoxlamasının aparılması üçün “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 05.10.2021-ci il tarixli, **********690000 nömrəli Tələbnamə təqdim edilmiş və aşağıdakı sənəd və məlumatlar tələb olunmuşdur: 1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti; 2. Müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti) müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri); 3. Məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s.); 4. Qanunun 7.2,-ci və 9.15-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri; 5. Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq, daxili nəzarət sisteminin təşkilinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri. 6. Nəzarət orqanı tərəfindən nəzarət olunan subyektə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri; 7. Nəzarət olunan subyekt tərəfindən qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlər. Həmin aktın təsviri əsaslandırıcı hissəsindən görünür ki, yoxlamanın əhatə etdiyi dövr ərzində nəzarət olunan subyekt faktiki olaraq vergi və mühasibat uçotu sahəsində fəaliyyət ilə məşğul olmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli, **********150307 nömrəli Qərarı və 05.10.2021-ci il tarixli, **********690000 nömrəli “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” Tələbnamə Şəxs MMC-nin direktoru X7 təqdim edilməsi təmin edilmişdir. Qeyd edilən faktı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli, **********150307 nömrəli Qərar və 05.10.2021-ci il tarixli, **********690000 nömrəli Tələbnamənin 05.10.2021-ci il tarixində Şəxs MMC-nin direktoru X9 tərəfindən imza edilərək qəbul etməsi də təsdiq edir. “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 05.10.2021-ci il tarixli, **********690000 nömrəli Tələbnamə ilə nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri 7 iş günü müddətində, yəni 14.10.2021-ci il tarixə kimi yoxlayıcılara və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması tələb edilmişdir. Müəssisənin direktoru X9 tərəfindən 05.10.2021-ci il tarixli, **********690000 nömrəli Tələbnamədə qeyd olunan sənədlərdən ancaq vergi və mühasibat uçotu sahəsində xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələri təqdim etmiş və digər sənədlərin olmadığını bildirmişdir. Bu hal 12.10.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Təqdim edilmiş sənədlərin götürülməsi məqsədilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 12.10.2021-ci il tarixli, **********809500 nömrəli Qərar qəbul edilmiş, vergi və mühasibat uçotu sahəsində xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələrin (54 müqavilə) götürülməsi həyata keçirilərək nəticəsi 12.10.2021-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla rəsmiləşdirilmiş və digər sənədlər olmadığı üçün götürülməsi həyata keçirilməmiş və bu hal 12.10.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahata əsasən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərini pozaraq daxili nəzarət sisteminin tətbiq edilmədiyi, məsul şəxs təyin edilmədiyi müəyyən edilmişdir. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsinə əsasən monitorinq iştirakçıları işgüzar münasibətlər yaradılmasından əvvəl müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir. Qanunun 12.1-ci maddəsinə əsasən monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Qanunun 12.1.8-ci maddəsinə əsasən monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsini nəzərdə tutmuşdur. Həmin Qanunun 5.4-cü maddəsinə görə monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin 25.06.2010-cu il tarixli, 002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair” Tələblərin 6-cı bəndinə əsasən məsul şəxsin peşə ixtisasına və təcrübəsinə dair aşağıdakı tələblər gözlənilməlidir: ali təhsilin və monitorinq subyektinin əsas fəaliyyəti çərçivəsində azı 2 illik iş stajına malik olması; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli qanunvericiliyi, beynəlxalq standartları və tələbləri bilməsi; monitorinq subyektinin fəaliyyətinin ayrı-ayrı başlıca sahələri haqqında məlumatlı olması; Azərbaycan Respublikasının dövlət dilini mükəmməl bilməsi; törədilmiş cinayətə görə məhkumluğu olmamalıdır. Qeyd edilən Tələblərin 7-ci bəndinə görə aşağıdakı şəxslər məsul şəxs ola bilməzlər: digər monitorinq subyektində əmək fəaliyyətinə cəlb olunmuş şəxslər; monitorinq subyektinin rəhbərliyinin üzvləri ilə yaxın qohumluq münasibətlərində olan şəxslər. Tələblərin 9-cu bəndinə görə monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi müvafiq qərarla (əmr, sərəncam və s.) rəsmiləşdirilir. Həmin qərarda məsul şəxsin 6-cı bənddə nəzərdə tutulmuş tələblərə uyğunluğunu göstərən məlumatlar qeyd olunmalıdır. Monitorinq subyektinin rəhbərliyi tərəfindən imzalanmış qərarın bir surəti 2 (iki) iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalıdır. Yuxarıda qeyd edilənlər vergi ödəyicisi tərəfindən İXM-nin 598.1.1-ci, 598.1.2ci və 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edir. - Səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********150307 nömrəli, 04.10.2021-ci il tarixli qərardan görünür ki, Şəxs üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. - 05.10.2021-ci il tarixli, KY211655829 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən görünür ki, Şəxsndə 05.10.2021-ci il tarixdən 17.11.2021-ci il tarixədək dövrdə Vergi qanunvericiliyinə əməl olunması məqsədi ilə növbədən kənar səyyar vergi yoxlamasının aparılması qeyd edilmişdir. - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 12.10.2021-ci il tarixli, **********809500 nömrəli qərardan görünür ki, Şəxs adlı nəzarət olunan subyektdən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məhsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti; müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti) müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri); məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vasitələri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s.); Qanunun 7.2 və 9.15-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri; Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sisteminin təşkilinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri; nəzarət orqanı tərəfindən nəzarət olunan subyektə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri, nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlərin götürülməsi qərara alınmışdır. - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 12.10.2021-ci il tarixli protokoldan görünür ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsində Şəxs MMCnin rəhbəri X9 iştirak etmişdir. Müəssisənin rəhbəri X1 və nümunə kimi əşyaların götürülməsi haqqında 12.10.2021-ci il tarixli, **********809500 nömrəli qərar təqdim edilmiş və bu qərarda göstərilən sənədlərin və əşyaların təqdim edilməsi təklif olunmuşdur. Xidmət müqavilələri kağız daşıyıcılarda (54 ədəd xidmət müqaviləsi) könüllü surətdə təqdim edilmişdir. - Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında 12.10.2021-ci il tarixli aktdan görünür ki, 12.10.2021-ci il tarixli, **********809500 nömrəli qərarda qeyd olunan sənədlərin təqdim edilməsi Şəxs MMC-nin rəhbəri X7 təklif olunmuşdur. X9 tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tətbiqi ilə bağlı işlərin görülməsi üçün məsul şəxs qismində müvəqqəti olaraq Cəmiyyətin İnsan resusları üzrə mütəxəssisi Rəsul Tarverdiyevin təyin olunduğu, bununla bağlı cəmiyyətin 11.01.2021-ci il üçün tədbirlər planında müvafiq planlaşdırmanın aparıldığı, cəmiyyətin 2021-ci il üçün tərtib olunmuş tədbirlər planındakı bütün işlərin, eləcə də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri və bu tələblərdən yaranan sənədləşmə prosesinin bu ilin sonuna qədər icra olunacağı bildirilmişdir. Buna görə də sənədlərin və nümunə kimi əşyaların götürülməsi mümkün olmamışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2684/2021 saylı, 02.11.2021-ci il tarixli qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 598.1.1, 598.1.2 və 598.1.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3001/2021 saylı, 21.12.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 598.1.1, 598.1.2 və 598.1.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 02.11.2021-ci il tarixli, 3(007)- 2684/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.1, 598.1.2 və 598.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.3-cü maddələri ilə tövsif olunmuşdur. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən monitorinqdə iştirak edən digər şəxslər - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları, vəkillər, notariuslar, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslərdir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Həmin Qanunun 9.2.1-ci maddəsinə əsasən monitorinq iştirakçıları işgüzar münasibətlər yaradılmasından əvvəl müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Bu sistem ən azı aşağıdakılardan ibarət olmalıdır: 12.1.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların hazırlanması; 12.1.1-1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu risklərin idarə olunması və azaldılması üçün tədbirlərin görülməsi; 12.1.2. müştərilərin, onların adından çıxış edən səlahiyyətli nümayəndələrin, benefisiar mülkiyyətçilərin, əməliyyatların eyniləşdirilməsinə və verifikasiyasına, müştərinin və benefisiar mülkiyyətçinin xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə imkan verən daxili, mərkəzləşdirilmiş arxivin yaradılması; 12.1.3. məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydaların hazırlanması; 12.1.4. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsi; 12.1.5. monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməsi; 12.1.7. bu Qanunla tələb olunan qaydaların monitorinq iştirakçıları tərəfindən tətbiq olunmasının səmərəliliyini yoxlayan daxili audit mexanizmi; 12.1.8 monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsi; 12.1.9. fəaliyyət xüsusiyyətindən asılı olaraq, işə qəbul və işçilərin yoxlanması mexanizmlərinin, habelə xarakteri şübhə doğuran hər hansı əməliyyatın aşkarlanması, qarşısının alınması və lazımi məlumatların bu Qanunun 11-ci maddəsinə əsasən maliyyə monitorinqi orqanına təqdim olunması üzrə digər mexanizm və qaydaların hazırlanması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.3-cü maddələrinə əsasən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiar mülkiyyətçinin eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına; monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə; “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 598.1.1, 598.1.2 və 598.1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15000 (on beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar