Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2440/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu 23-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Verilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında iş mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə ki, xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Nizami rayonu, Koroğulu m/s yaxınlığında “Bravo” marketin yeyinti məhsullarını oğurlayaraq ümumilikdə, 343 manat ziyan vurmuşdur. Göründüyü kimi, zərərçəkmiş şəxs hüquqi şəxs olduğu halda onun etibarnamə əsasında qanuni nümayəndəsi müəyyən edilməmiş, yalnız “Bravo” marketin şöbə müdirinin ərizəsi əsasında araşdırma aparılmış və izahat alınmışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhz, Şəxs olduğunu müəyyən edən sənəd (raport və s.) əlavə edilməmişdir. Eyni zamanda, Şəxs məhkəmə icraatı zamanı tərcüməçiyə ehtiyacı olub-olmaması araşdırılmamış, bununla bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə materiallar natamam olduğundan qəbul edilməsindən imtina edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2440/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2440/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver