Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2445/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin mülkiyyətində olan ** AK *** dövlət qeydiyyat nişanlı, “LEXUS ES 300” hibrid minik markalı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 08:48 radələrində inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Bununla da, "xxxx" MMC tərəfindən İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Nizami Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin X4 Şöbəsinin "İnzibati xəta haqqında" İXP ******* nömrəli, 05 oktyabr 2022-ci il tarixli protokolu əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda göstərilir ki, cəmiyyətin elektron məhkəmə portalındakı kabinetinə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin X4 Şöbəsi tərəfindən Cəmiyyətə xx.xx.2022-ci il tarixli, bildiriş göndərilərək müəssisəyə məxsus olan "Lexus" markalı "ES 300 Hibrid" modelli, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə törədilmiş qayda pozuntuları ilə bağlı məlumat daxil olması qeyd edilmiş və idarə edilməsi həvalə edilmiş sürücü barəsində müvafiq məlumatların verilməsi tələb edilmişdir. Bildirişdən məlumatları olmasa da əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixində tanımadıqları şəxs tərəfindən qəbul edilmişdir. İnzibati xəta haqqında protokol isə xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən 53 gün sonra tərtib olunmuşdur. Beləliklə, Nizami Rayon Polis İdarəsinin X4i Şöbəsi inzibati araşdırma aparılması haqqında qərardad qəbul etmədən inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətini pozmuşdur. X2 Məcəlləsinin 60.1, 60.3 və 61.3-cü maddələrinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı- ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Lakin Nizami rayon Polis İdarəsinin X4i şöbəsi inzibati xəta haqqında işə baxarkən Cəmiyyətə ümumiyyətlə məlumat verməmiş və hətta bu barədə tərtib edilmiş protokolu göndərməmişdir. Protokolu yalnız elektron məhkəmə portalındakı kabinetlərində əldə etmişlər. Xüsusilə vurğulanır ki, cəmiyyətə məxsus avtomobilin sürən şəxs barədə məlumatları istənilən vaxt təqdim etməyə hazırdırlar və qanunamüvafiq qaydada tələb edilsəydi, indiyədək təqdim edilməsi təmin edilmiş olardı. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Nizami Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə yol hərəkəti qayda pozuntusuna yol vermiş mülkiyyətində olan avtomobillərin sürücüləri barədə məlumat verilməsinə dair sorğu ünvanlanmış və sorğunu xx.xx.2022-ci il tarixdə şirkətin nümayəndəsi kimi “Şəmilov” soyadlı şəxs imzalayaraq təhvil almışdır. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, yol hərəkəti qayda pozuntusuna yol vermiş mülkiyyətində olan avtomobillərin sürücüləri barədə məlumat verilməsinə dair ünvanlanmış sorğunun şirkətin əməkdaşı tərəfindən soyadı qeyd edilməklə, xx.xx.2022-ci il tarixdə imza edib qəbul edilməsinə dair poçt xəbərnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2445/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2445/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver