Məhkəmə qərarları › İş №3(007)-2450/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2450/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2450/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxx 1983-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə, idarə etdiyi “VAZ 21074” markalı, az ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev prospektində hərəkət edərkən, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina edilməsinə görə yolpatrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və məlum olmuşdur ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73cü maddəsinin 3-cü hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. İş materiallarında olan sərxoşluq vəziyyətini tibbi müayinəsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli, 2/14642 saylı rəydən görünür ki, Şəxs sərxoşluq vəziyyətinin yoxlanılmasından imtina edilmişdir. İş materiallarında olan AC seriyalı, 056753 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs 10 il müddətinə sürücülük vəsiqəsi verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. AC seriyalı, 056753 saylı sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar