Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2452/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, «Neftqaztikinti Tresti Avtonəqliyyat İdarəsi» , ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: «Neftqaztikinti Tresti Avtonəqliyyat İdarəsi» mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu tərəfindən daxil olduğu vaxtdan 5 gün müddətinə verməmişdir. Buna görə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X2 inzibati təcrübə üzrə inspektoru, polis kapitanı X1 tərəfindən «Neftqaztikinti Tresti Avtonəqliyyat İdarəsi» barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 17.09.2021-ci il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon əhkəməsinə göndərilmişdir. «Neftqaztikinti Tresti Avtonəqliyyat İdarəsi»-nin və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla «Neftqaztikinti Tresti Avtonəqliyyat İdarəsi»-in inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, «Neftqaztikinti Tresti Avtonəqliyyat İdarəsi»-nin balansında olan “VAZ 21214” markalı, az ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkət qaydalarını tələblərini pozduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən, həmin nəqliyyat vasitəsini idarə etmiş şəxs barəsində sorğunun alındığı vaxtdan 5 gün müddətində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X4 məlumat verilməsi xahiş olunmuş, habelə məlumatın verilmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, «Neftqaztikinti Tresti Avtonəqliyyat İdarəsi»-nin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə «Neftqaztikinti Tresti Avtonəqliyyat İdarəsi»-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «Neftqaztikinti Tresti Avtonəqliyyat İdarəsi» Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2452/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2452/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver