Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2454/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Mustafayev Əşrəf Əli oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 küçəsi, ev 71, inzibati bina ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(007)-554/2017 saylı əmrindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə kredit məbləği üzrə 1816, 02 ABŞ dolları əsas, 1195,04 ABŞ dolları faiz, cəmi 3011,06 ABŞ dolları məbləğində borcu və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(007)- 5674/2016 saylı əmrindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə 6370,87 manat əsas borc, 1010,44 manat faiz, cəmi 7381,31 manat məbləğində pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(007)- 5562/2017 saylı əmrindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə 199,5 manat əsas, 191 manat komisyon haqqı, 40 manat cərimə, cəmi 430,5 manat məbləğində pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(007)- 5592/2017 saylı əmrindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə 499,32 manat əsas, 373,24 manat faiz borcu, cəmi 872,56 manat məbləğində pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə 06 sentyabr 2017-ci il tarixli, 2(007)-554/2017 saylı iş üzrə icraata, xx.xx.2016-cı il tarixli “icraata başlamaq haqqında” qərar ilə 05 avqust 2016-cı il tarixli, 2(007)-5674/2016 saylı iş üzrə, xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə 06 sentyabr 2017-ci il tarixli, 2(007)-5562/2017 saylı iş üzrə, xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə 06 sentyabr 2017-ci il tarixli, 2(007)-5592/2017 saylı iş üzrə icraata başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “bir neçə icra sənədlərinin ümumi icraatda birləşdirilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində olan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Borclu Şəxs barəsində olan 310046/2017 saylı, 316456/2017 saylı və 309053/2017 icra sənədləri icraatda olan 6887/2016 saylı icra işinə ümumi icraatda birləşdirilməsi və icra tədbirləri bir icraatda davam etdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 21 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nizami rayon İcra Şöbəsinin icraatında olan 4 icra işi üzrə icra sənədlərinin icrası ilə bağlı hər hansı bir könüllü ödəniş həyata keçirməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində Nizami rayon Məhkəməsinin dörd icra sənədi üzrə icra işi mövcuddur, icra sənədlərinin icrasına başlanılmış, icra sənədləri ümumi icraatda birləşdirilmiş və borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu icra sənədi üzrə toplanmış borcdan 250 manat məbləğində ödəniş etmişdir. İcraçı həmçinin öz çıxışında qeyd etdi ki, bankla əlaqə saxlamış və müəyyən etmişdir ki, bank borc məbləğinin hissə-hissə ödənilməsinə etiraz etmir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin iicraatında olan dörd icra işi üzrə 250 manat ödəmiş, bundan sonra qalan borcunu hissə-hissə ödəyəcəkdir, bank onun bu təklifi ilə razılaşmışdır, icra şöbəsinin çağırışlarından boyun qaçırmır. Göstərilənləri nəzərə alaraq, barəsindək iinzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında borclu tərəfindən təqdim edilmiş 28 oktyabr 2022-ci il tarixli qəbzlə və proses iştirakçılarının izahatları ilə müəyyən olundu ki, borclu Şəxs tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icra sənədləri üzrə 250 manat məbləğində tələbkara ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara müəyyən məbləğlərdə ödənişlər etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 21 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2454/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2454/2022
28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver