Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2455/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin nümayəndəsi X1 iştirakı ilə, “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş 17.09.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti” tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində həmin günə qədər (5 gün müddətində) məlumat təqdim etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Belə ki, bildirişdən görünür ki, 20.07.2021-ci il tarixdə saat 16:26-da “Fiat Doblo” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş şəxs tərəfindən Z.Bünyadov prospekti (Çermet körpüsü) 20 yanvar istiqamətində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin barəsində tərtib edilmiş 17.09.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material baxılması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, “Fiat Doblo” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş şəxs tərəfindən Z.Bünyadov prospekti (Çermet körpüsü) 20 yanvar istiqamətində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmiş şəxs haqqında məlumatın verilməsi barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən verilmiş sorğunu qəbul etmiş “Həsənov Rüstəm” adlı şəxs “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin əməkdaşı deyil. Odur ki, belə bir sorğu “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nə daxil olmadığına görə həmin sorğuya cavab verilməmişdir. Qeyd olunanların nəzərə alınaraq inzibati xəta tərkibi olmadığı üçün “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək hesab edir ki, “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin barəsində tərtib edilmiş 17.09.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına inzibati orqanın müvafiq sorğusunun “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nə təqdim olunmasına dair poçt xəbərnaməsinin ksero surəti əlavə edilsə də, həmin sorğunu qəbul edən şəxsin sorğunun ünvanlandığı qurumun əməkdaşı olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, inzibati orqanın müvafiq sorğusunun aidiyyəti quruma rəsmi qaydada təqdim olunması və sonuncu tərəfindən rəsmi qaydada qəbul edilməsi faktı təsdiq olunmur və məhkəmə baxışı zamanı da həmin faktı müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraat materiallarında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən verilmiş müvafiq sorğunun “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nə rəsmi qaydada daxil olmasının müəyyən edilməməsinin nəticəsi olaraq, 17.09.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmir və istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş 17.09.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş 17.09.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2455/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2455/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver