Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2463/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, xx.xx.1973-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala əsasən 01.09.2021-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində Şəxs X5 döyərək xəsarət yetirmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru Ü.A.Qasımov tərəfindən 05.10.2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 01.09.2021-ci il tarixdə saat 13:00 radələrində idarə etdiyi “Renault” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, M.X.Şərifli küçəsində hərəkətdə olan zaman arxadan gələn “Renault” markalı avtomobilin sürücüsü Səfərəliyev Namiq yanında sürətini azaldıb pəncərədən ona yol vermədiyi üçün kobud şəkildə irad bildirmişdir. O da cavab qaytarmışdır. Hər ikisi avtomobili saxlayıb avtomobildən düşmüşlər və aralarında qarşılıqlı dava-dalaş olmuşdur. Ətrafda olan insanlar onları ayırmışlar. Həmin vaxt onun avtomobilində oğlu, qızı və həyat yoldaşı olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəyir. X6 ilə barışmışdır. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, 01.09.2021-ci il tarixdə saat 13:00 radələrində idarə etdiyi “Renault” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, M.X.Şərifli küçəsində hərəkətdə olan zaman qarşısında “Renault” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili yolun orta hissəsi ilə sürdüyünü görüb avtomobilin işıqları vasitəsi ilə siqnal vermişdir. Lakin həmin avtomobilin sürücüsü ona yol verməmişdir. O, məcbur olub əks istiqamətə çıxaraq həmin avtomobilin yanına sürərək sürücü Şəxs ona yol vermədiyi üçün irad bildirmiş, Kamil ona kobud cavab vermişdir. Hər ikisi avtomobili saxlayıb avtomobildən düşmüşlər və Kamil ona yaxınlaşaraq üz nahiyəsindən yumruqla vurmuşdur. Ətrafda olan insanlar onları ayırmışlar. Şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X14 01.09.2021-ci il tarixli, 764 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X1 göz bayır bucağına yaxın nahiyənin qançırı, sol qaşın bayır bucağının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 01.09.2021-ci il tarixdə yarana bilər, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması zamanı yaranması və özü tərəfindən yetirməsi inandırıcı deyildir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28.09.2021-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış HK-1921 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X12 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1973-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X12 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2463/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2463/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver