Məhkəmə qərarları › İş №3(007)-2465/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2465/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2465/2022 21.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin sahə inspektoru Kənan Qədiməliyevin iştirakları ilə, xx.xx.1979-cu ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, M.Əliyev küçəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəxs məxsus **-BM-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsinə saxlama əmri verilmiş, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin reklam sənədinin, taksi fəaliyyəti ilə bağlı tanınma nişanı və fərqlənmə nişanının olmadığı məlum olmuşdur. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin duracağa aparılması bildirilsə də, Şəxs bununla razılaşmamış, polis əməkdaşlarını nalayiq küçə söyüşləri ilə təhqir edərək onların qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, polis əməkdaşları onu saxlayan zaman özlərini təqdim etməmişlər, onu cərimə meydançasına aparmaq istədikləri zaman, o, övladının xəstə olduğunu bildirmiş, lakin buna baxmayaraq polis əməkdaşları ona qarşı zor tətbiq etmişlər. Göstərilənləri nəzərə alaraq, barəsində həbslə əlaqəli olmayan inzibati tənbeh verilməsini xahiş etmişdir. Bakı şəhəri BDYP-sı idarəsinin YPX inspektoru polis baş serjantı X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, M.Əliyev küçəsində Şəxs məxsus **-BM-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsinə saxlama əmri verilmiş, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin reklam sənədinin, taksi fəaliyyəti ilə bağlı tanınma nişanı və fərqlənmə nişanının olmadığı məlum olmuşdur. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin duracağa aparılması bildirilsə də, Şəxs bununla razılaşmamış, polis əməkdaşlarını nalayiq küçə söyüşləri ilə təhqir edərək onların qanuni tələblərinə tabe olmamışdır. Protokol tərtib etmiş Nizami rayonu, 25-ci PŞ-nin sahə inspektoru, polis kapitani Kənan Qədiməliyev məhkəmə iclasında eyni məzmunlu ifadə verərək bildirdi ki, xidmətdə olan zaman ona məlumat daxil olmuş, qeyd olunan ünvana yaxınlaşdıqda vətəndaş tərəfindən BDYP-sı idarəsinin YPX inspektoru polis baş serjantı X2 qarşı **-BM-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmasına dair tələbinə tabesizlik nümayiş olunduğunun şahidi olmuşdur. Daha sonra vətəndaş Şəxs barəsində protokol tərtib olunmuşdur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar