Məhkəmə qərarları › İş №3(007)-2480/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2480/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2480/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun böyük köməkçisi X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X13, X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Türkmənistan Respublikasının Çeleken şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 15 may 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində ünvan 3 ünvanında qohumu X6 və X7 ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı qəsdən əli ilə bir neçə dəfə Qalina Çebotaryovanın alın və üz nahiyəsinə, qəsdən əli ilə bir neçə dəfə Natalya Çebotarevanın bədəninin müxtəlif nahiyələrinə vurub fiziki ağrı yetirməklə zərərçəkmiş şəxslərə ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsatərləri yetirmiş bununla da, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Qeyd olunanlar Natalya Çebotarevanın, Qalina Çebotaryovanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxs Şəxs izahatları, məhkəmə-tibbi eskpertizasının rəyləri və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla sübut olunur. Araşdırma zamanı X6 izahatında bildirmişdir ki, 09 fevral 2024-cü il tarixdə saat 13 radələrində o, yaşadığı ünvan 4 ünvanında mübahisə zamanı Cəmilə əli ilə onu vurmuş, ona yetirilən sağ əlin arxa səthinin və mil-biləyini əhatə edən hematoması xəsarətini Alekseyin onu yumruqla vurması, sağ alın nahiyəsinin şişkinlik halında əzilməsi xəsarətini Cəmilənin alnından yumruqla vurması, sol saidin arxa səthinin və sol əlin arxa səthini əhatə edən nahiyəsinin, sol əlin aşağı 1/3-nin ön səthinin qançırları və sağ əlin ovuc səthinin sıyrıqları xəsarətlərini də Cəmilənin onu vurması və yıxlamağı nəticəsində almışdır, sağ almacıq nahiyələrinin şişkinlik halında əzilməsi xəsarətini isə David yumruqla vuraraq yetirmişdir. Araşdırma zamanı X7 izahatında bildirmişdir ki, 09 fevral 2024-cü il tarixdə saat 16 radələrində ünvan 5 ünvanında qardaşı Mixayıl onun boğazından, qardaşı David isə bir əli ilə sol digər əli ilə isə sağ qolundan tutmuşdur. Bundan sonra Cəmilə onun üzərinə gəlib əli ilə onun alın hissəsindən vurmuş, Cəmilənin dırnaqları onun alnını cızmış, onun ağız nahiyəsindən əli ilə vurmuş, o, yerə yıxılmışdır. Ona alının orta nahiyəsinin və sağ almacıq nahiyəsinin şişkinlik halında əzilmələri, üst dodağın selikli qişasının qansızması, alnın orta və sol nahiyələrinin sıyrıqları xəsarətlərini Cəmilə yetirmişdir. Araşdıma zamanı barəsində inzibati icraat başlanılan şəxs Şəxs izahatında bildirmişdir ki, 09 fevral 2024-cü il tarixdə Nizami rayonu, C.ünvan 6 ünvanında baş vermiş mübahisə zamanı Artemiy Litvak onun dodaq nahiyəsindən və sol qolundan yumruqla vurmaqla yetirmiş, döş qəfəsinin äfrxa səthinin sağ yuxarı nahiyəsinin qançırları xəsarətini ona Ruslan Sporinyev yetirmiş, belə ki, o dirsəyi ilə onun kürək nahiyəsindən vurmuşdur. Hər iki diz nahiyəsinin qançırlarını isə ona Qalina Çebotaryova yetirmişdir, belə ki, Qalina onun saçından tutub başını divara çırpmış, lakin onun başında kapişonka, yəni papaq olduğundan o, baş nahiyəsindən xəsarət almamışdır, Qalinanın daha sonra onu itələməsi nəticəsində o, yerə yıxılmış və diz nahiyəsinin sıyrıqları xəsarətini bunun nəticəsində almışdır. Yəni, diz nahiyəsinin sıyrıqları xəsarətini ona Qalina yetirmişdir. O, yerdə olan zaman Nataliya onun qarın nahiyəsindən vurmuşdur. Məhkəmə-tibb ekspertizasının 10 fevral 2024-cü il tarixli 117 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X2 bədəni üzərində sağ əlin arxa səthini və mil- biləyini əhatə edən nahiyəsinin hematoması, sağ alın və sağ almacıq nahiyələrinin şişkinlik halında əzilmələri, sol saidin arxa səthini və sol əlin arxa səthini əhatə edən nahiyəsinin, sol əlin aşağı 1/3-nin ön səthinin qançırları və sağ əlin ovuc səthinin sıyrıqları xəsarətləri olmuşdur. Dərəcələrinə görə sağ alın və sağ almacıq nahiyələrinin şişkinlik halında əzilmələri, sol saidin arxa səthini və sol əlin arxa səthini əhatə edən nahiyəsinin, sol əlin aşağı 1/3-nin ön səthinin qançırları və sağ əlin ovuc səthinin sıyrıqları xəsarətləri həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibb ekspertizasının 10 fevral 2024-cü il tarixli 115 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X3 alının orta nahiyəsinin və sağ almacıq nahiyəsinin şişkinlik halında əzilmələri, üst dodağın selikli qişasının qansızması, alnın orta və sol nahiyələrinin, boynun sol yan nahiyəsinin sıyrıqları, sağ saidin aşağı 1/3-nin (üçdə birinin) və sağ əlin arxa səthlərinin qançırları xəsarətləri olmuşdur. Qeyd edilən xəsarətlər həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarəltər olduqları üçün dərəcəsi təyin edilmir. Aparılmış araşdırma nəticəsində 09 fevral 2024-cü il tarixdə saat 16 radələrində ünvan 7 ünvanında aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı X8 X5, X9 isə X12 sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməsi faktı üzrə toplanmış materialda tərəflərin bir-biri ilə barışması və dəymiş ziyanın ödənilməsi nəzərə alınmaqla xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.2-ci maddəsinə əsasən Nizami RPİ-nin İŞ-dən daxil olmuş material olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Göstərilənlərə əsasən, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror böyük köməkçisi X11 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər bildiyi dildə ona tərcümə edilərək, təqdim edilməyib. Məhkəmə iclasında müdafiəçi X15 izahatında göstəmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərin tərcümə olunmuş surətləri verilməyib. Hesab edir ki, icraatın aparıldığı bili bilməyən həmin şəxsin özünün barəsində inzibati xəta haqqında iş üzrə başlanılmış icraatın materialları ilə tanış olması və surətlərini əldə etməsi təmin edilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, Şəxs ilə aralarında barışıq olmayıb. O, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərlə tanış olmayıb, bu sənədlərin tərcümə olunmuş surətləri ona verilməyib. Məhkəmə, daxil olmuş materialı nəzərdən keçirib, hesab edir ki, inzibati xəta haqqında qərar və ona əlavə olunmuş sənədlər qərarı tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. 61.1.1-61.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır. 62.1.1-62.1.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət prosesinin həyata keçirilməsində dil xüsusi vasitələrdən biridir. Cinayət mühakimə icraatının aparıldığı dili bilmək şübhəli və ya təqsirləndirilən şəxs üçün öz mövqeyini və hüquqlarını müdafiə etmək imkanı yaradır. İcraatın aparıldığı rəsmi dili kifayət qədər yaxşı bilməmək isə müdafiə tərəfi üçün müəyyən qədər çətin şərait yaradır. Bu baxımdan CPM-in 26-cı maddəsində göstərilən cinayət mühakimə icraatının aparıldığı dil prinsipi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi (CPM-in 11-ci maddəsi), hüquqi yardım almaq, müdafiə hüququnun təmin edilməsi (CPM-in 19-cu maddəsi) və s. prinsiplərinə uyğun həyata keçirilməlidir. İnsan hüquqları sahəsində beynəlxalq hüquqi aktlar cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin icraat dilini bilməsini onun öz müdafiəsini faydalı həyata keçirmək üçün əhəmiyyətli və vacib vasitələrdən biri kimi göstərir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü bəndinin “a” və “f” yarımbəndlərində qeyd edilir ki, hər bir kəs ona irəli sürülmüş ittihama baxılmasında tam bərabərlik əsasında ən azı aşağıdakı təminatlara malikdir: elan olunmuş ittihamın xarakteri və əsası barədə öz bildiyi dildə təcili və ətraflı məlumatlandırılmaq; məhkəmədə istifadə olunan dili başa düşmədikdə və yaxud həmin dildə danışa bilmədikdə tərcüməçinin köməyindən pulsuz istifadə etmək. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilməlidir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmalıdır. Beynəlxalq normaların dillə bağlı cinayət-prosessual tələbləri cinayətdə ittiham olunan hər bir şəxsin müdafiə vasitələrindən tam və faydalı şəkildə istifadə etməsi üçün nəzərdə tutulmuşdur. Baxılan icraat materialları ilə müəyyən edilmişdir ki, rusdilli olmalarına və inzibati xətalar haqqında iş üzrə icraatın aparıldığı dili bilməmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, həmçinin zərərçəkmiş şəxslərin inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulan hüquqları pozulmuş, onların öz bildikləri dildə iş üzrə materiallarla tanış olmaq, həmin sənədlərin öz bildikləri dilə tərcümə olunmuş surətlərini əldə etmək hüquqları təmin edilməmişdir. Hansı ki, bununla işdə iştirak edən şəxlərin inzibati xəta haqqında iş üzrə icraat materialları, o cümlədən inzibati xəta haqqında protokol statusunda olan inzibati icraata başlama qərarı ilə tanış olmaq, ona dair etiraz və mülahizələrini məhkəməyədək və ya məhkəmə baxışı zamanı təqdim etmək, məlumat, izahat, şikayət və ya vəsatət vermək hüquqları məhdudlaşdırılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müdafiə vasitələrindən tam və faydalı şəkildə istifadə edə bilməmişdir. Qeyd olunan halların isə məhkəmədə tam olaraq aradan qaldırılması mümkün deyildir, məhkəmə belə xarakterli işlərə təxirəsalınmadan baxmalıdır, aşkar olunan nöqsanlar isə məhkəməyədək aradan qaldırılmalı, yalnız bundan sonra məhkəmədə işə mahiyyəti üzrə baxılmaldır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mərhələdə material müvafiq orqana geri qaytarılmalı, nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 15 may 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami rayon prokurorluğuna geri qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X14 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar