Məhkəmə qərarları › İş №3(007)-2494/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2494/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2494/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, “xxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 “xxxxxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materialların kserosurətləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun kserosurətindən görünür ki, “Nizami rayonu, T.Abbasov və A.Manafov küçəsi 2452-ci məhəllə ünvanında qanunsuz olaraq 2 (iki) ədəd sərv ağacı götürdüyünə görə “xxxxxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir”. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, “xxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 daxil olmuş inzibati xəta haqqında material baxılmadan geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 tərəfindən məhkəməyə inzibati xəta haqqında protokolun, habelə digər sənədlərin əsilləri deyil, məhz kserosurətləri müşayiət məktubuna əlavə edilməklə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5-ci maddəsinə əsasən, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, ciddi hesabat sənədi hesab olunan inzibati xəta haqqında protokolun kserosurətinin deyil, məhz tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılması üçün hakimə göndərilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X1rumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə sistemdə, iş materiallarında qeyd edilmiş “**********” VÖEN- “Sevinc-2007” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Beləliklə, göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 tərəfindən inzibati xəta haqqında protokol “Sevinc-2007” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində deyil, “xxxxxxxxxxxxx” MMC barəsində tərtib edilmiş, habelə xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə deyil, 07 ay 28 gün müddət keçdikdən sonra sadəcə protokol və digər sənədlərin kserosurətləri əlavə edilməklə xx xxxxxxx 2020-ci il tarixdə, 26/3039 saylı məktubla məhkəməyə göndərilmiş və həmin sənədlər xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “xxxxxxxxxxxxx” MMC tərəfindən inzibati xəta törədilməsi haqqında protokol onu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 əməkdaşı X5 qaytarılsın. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar