Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2496/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ 25-ci PŞ-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Vartaşen (hazırkı Oğuz) rayonunun Qumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, Oğuz rayonunun Qumlaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 70, mənzil 68-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ 25-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 21:25-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, “Neftçilər” metrostansiyasının yaxınlığında polis əməkdaşlarının xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında küçəyə çıxmayaraq hərbi vəziyyət rejiminə əməl etməklə bağlı qanuni tələblərinə qəsdən tabe olmamış, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ 25-ci PŞ-nin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, özü “Neftçilər” metrostansiyasının yaxınlığında, əmisi oğlu Rasim isə Binə Südçülük sovxozunda yaşayır. xx xxxxxxx 2020-ci il tarixdə işdən çıxanda gec olmuş, Rasim komendant saatı vaxtına düşəcəyindən yaşadığı evə gedib çıxa bilməyəcəyini görüb onlarda gecələmək istəmişdir. Lakin yolda gecikmişlər, artıq komendant saatı vaxtına düşmüşlər. “Neftçilər” metrostansiyasının yaxınlığında o, idarə etdiyi avtomobili saxlayıb kontur yükləmək üçün yolun əks tərəfinə keçmişdir. Həmin yerdə polislər onu saxlamışlar, həmin vaxt şəxsiyyət vəsiqəsi üstündə olmamış, evdə olmuşdur. Buna görə onu Polis Bölməsinə aparmaq istəmişlər, o, etiraz edərək getmək istəməmiş, əsəbi olduğuna görə polislərə qarşı nalayiq ifadə işlətmişdir. Polislər onu xidməti maşına mindirmişlər. Sonra onlar Rasimi də çağırmışlar, lakin Rasim qaçmağa başlamışdır. Polislər arxası ilə gedərək onu tutmuş və polis maşınına mindirmişlər. Saxlanılan vaxt o və Rasim polisləri vurmamış, zor tətbiq etməmişlər. O, polislərin tələbinə tabe olmadığına və onlara qarşı nalayiq ifadə işlətdiyinə görə əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid, Bakı şəhəri Nizami RPİ PPXB-nin polis nəfəri, polis serjantı X5 izahatında bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, “Neftçilər” metrostansiyasının yaxınlığında hərbi vəziyyət rejiminə əməl edilməsinə nəzarətlə bağlı xidməti vəzifələrini yerinə yetirmişlər. Saat 21:25 radələrində iki nəfər şəxsi, sonradan adını bildikləri Şəxs müəyyən edərək onu saxlamış, müəyyən etmişlər ki, xüsusi icazə vərəqəsi yoxdur, komendant saatı rejimini pozmuşdur. Həmin şəxsin şəxsiyyətinin müəyyən olunması və barəsində inzibati protokol tərtib edilməsi üçün Bölməyə dəvət etdikdə, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Onlar Şəxs patrul avtomobilinə mindirmişlər və həmin vaxt onun yolun əks tərəfində olan avtomoblində oturmuş şəxsi, sonradan adını bildikləri X4 çağırmışlar, lakin o, avtomobildən düşərək qaçmağa başlamışdır. Həmin şəxsi təqib edərək “Komfort”un yanında saxlamış, onu yerə yıxaraq saxlamışlar. Sonra onu həmin yerə gələn avtopatrula mindirmək istəyəndə Rasim Rəşidov avtopatrula minmək istəməmiş, onların qanuni tələbinə tabe olmayaraq onu itələmişdir. Buna baxmayaraq hər iki şəxsi Bölməyə aparmışlar. Bölmə rəisinə yazdıqları raportda həmin şəxslərin onları yumruqla vurması barədə göstərilənləri təsdiq etmir, belə ki, əvvəla belə hal baş verməmişdir, həm də raportu yazarkən komendant rejimini pozan şəxslər çox olduğuna görə əsəbi və gərgin olmuşlar, ona görə raportda həmin sözün yazılmasına diqqət etməmişlər. Saxlanılan hər iki şəxs yalnız onların qanuni tələblərinə tabe olmamışlar. Məhkəmə iclasında şahidlər Bakı şəhəri Nizami RPİ PPXB-nin polis nəfərləri, polis serjantları X2 və Fətullayev Zaur Zöhrab oğlu eyni məzmunlu izahatlar vermişlər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2496/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2496/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver