Məhkəmə qərarları › İş №3(007)-2498/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2498/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2498/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bxətiyar oğlunun katibliyi ilə, Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə başlanmış və Bakı Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında protokola və icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin məsləhətçisi X1 tərəfindən tərtib edilmiş 05.10.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, İ.Əliyev, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar Şəxs MTK tərəfindən qanunsuz olaraq bilavasitə təhkim zolağına (piyada səkisinə) bina tikintisinə aid qurğu, konstruksiya və digər maneələr yerləşdirildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Orbita” MTK-nın barəsində tərtib edilmiş 05.10.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhər Nizami rayon Məhkəməsinə göndərilmişdir. Bakı Nəqliyyat Agentliyinin 15 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Şəxs MTK-nın barəsində tərtib edilmiş 05.10.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun və əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs MTK-nın barəsində tərtib edilmiş 05.10.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və sənədlər baxışdan çıxarılmaqla Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs MTK-nın barəsində tərtib edilmiş 05.10.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və sənədlər baxışdan çıxarılaraq Bakı Nəqliyyat Agentliyinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar