Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2499/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Zaqatala şəhəri, Azərbaycan prospekti 99 ünvanında qeydiyyatda olan və ünvan 2n (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 12.06.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Grandmart” marketdən X2 məxsus əl çantasını oğurlamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi E.S.İslamov tərəfindən 07.10.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 2021-ci ilin iyun ayında “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Grandmart” marketin girişində quraşdırılmış əl çantalarının saxlanc yerinin açıq olduğunu görüb bir ədəd qadın çantasını götürmüşdür. Çantanın içərisində olan 40-50 manat pulu götürüb çantanı tullamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, o, supervayzer (bölgə müdiri) vəzifəsində işləyir. 12.06.2021-ci il tarixdə saat 10:30 radələrində Nizami rayonu, B.Nuriyev küçəsi 20/116 ünvanında yerləşən “Grandmart” marketinə işçilərin fəaliyyətini yoxlamaq məqsədilə getmiş, marketin giriş qapısında yerləşən açıq vəziyyətdə olan saxlanc yerinə özünə məxsus əl çantasını qoymuşdur. Bir müddətdən sonra əl çantasının oğurlandığını aşkar etmişdir. Şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası DİN-nin X10 Alayının Patrul bölüyünün polis nəfəri X6 izahat verərək bildirmişdir ki, 06.10.2021-ci il tarixdə saat 01:00 radələrində xidmət apardıqları B.Nuriyev küçəsi 2 saylı binanın qarşısında 1 nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxs onların yaxınlaşdığını görüb qaçmağa başlamışdır. Həmin şəxsi təqib etmişlər. Həmin şəxs Çobanzadə küçəsində YDM-nin həyətində olan hasarın üzərindən tullanarkən xəsarət almış və hərəkət edə bilməmişdir. Onu saxlayaraq 24-cü PŞ-nə gətirmişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan X10 Alayının Patrul bölüyünün polis nəfəri X7 şahid X6 ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 06.10.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06.10.2021-ci il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22.06.2021-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1982-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Zaqatala şəhəri, Azərbaycan prospekti 99 ünvanında qeydiyyatda olan və ünvan 2n Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2499/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2499/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver