Məhkəmə qərarları › İş №3(007)-25/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-25/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-25/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin baş əmək müfəttişi X7 tərəfindən tərtib edilmiş 07 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Şəxs MMC tərəfindən 30 sentyabr 2021-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci madəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC-nin barəsində tərtib edilmiş 07 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhər Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, X1 müraciəti əsasında aparılmış araşdırma zamanı, sonuncunun Şəxs MMC tərəfindən 30 sentyabr 2021-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Faktla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs MMC-nin barəsində 07 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə daxil olmuş inzibati xəta haqqında protokolu və sənədləri araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs MMC inzibati iş üzrə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 01 iyun 2021-ci il tarixli ASİ/P/069,21 saylı Podrat Müqaviləsindən görünür ki, həmin müqavilə “Sifarişçi” "xxxx" MMC ilə “Podratçı” Şəxs MMC arasında bağlanmışdır. - "xxxx" MMC-nin 12.11.2021-ci il tarixli 691 №-li məktubundan görünür ki, X1 Şəxs MMC şirkəti ilə əmək müqaviləsi əsasında işlədiyi bildirilmişdir. - Şəxs MMC-nin 30 noyabr 2021-ci il tarixli 02 №-li məktubundan görünür ki, "xxxx" MMC ilə bağlanmış xidməti müqavilə əsasında Zəngilan rayonunun İİ Ağalı kəndində “Ağıllı Kənd” lahiyəsinin müəyyən tikinti işlərinin yerinə yetirilməsi Şəxs MMC-yə həvalə edilmişdir. X3 Şəxs MMC üçün gətirdiyi işçilərdən qeyri-qanuni olaraq pul aldığına görə onun Zəngilan rayonunun ərazisinə girişinin bağlanılaraq onunla işləmək istəmədikləri bildirilmişdir. - materiala əlavə olunmuş X1 izahatından görünür ki, sonuncu Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan 2021-ci ilin avqust ayından işlərin görülməsinə cəlb edilmişdir. İşdə olan sənədlərə əsasən, Şəxs MMC-nin hüquqi ünvanı - ünvan 1n Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən, X1 30 sentyabr 2021-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin görülməsinə cəlb edildiyinin müəyyən olunduğunu nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20 000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar