Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-25/2023 05.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndələri X11 və Nümayəndə iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21 C ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun 12 oktyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə “Nice” adlı gözəllik salonunda lazer xidmətindən istifadə edən zaman gözünə lazer şüasının dəyməsi nəticəsində xəsarət almasına dair müraciəti cinayət xarakterli olduğundan Binəqədi Rayon Prokurorluğunda aparılan “Törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyatı kitabı”nda xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq material üzrə araşdırmanın aparılması rayon prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşünas Xəyal Şamxayzadəyə həvalə edilmişdir. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 11 saylı uşaq poliklinikasında uşaq həkimi vəzifəsində işləyir, orada iş axt saat 09:00-dan saat 14:30-a qədər davam edir. 2022-ci ilin aprel ayında həm 11 saylı uşaq poliklinikasında, həm də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 4 ünvanında yerləşən ikimərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən «Rich aptek»-də əczaçı işləmişdir. Apteki Cabir adlı şəxs icarə müqaviləsi əsasında işlədir, aptekin yerləşdiyi bina Zaman adlı şəxs məxsusdur. Həmin tikilinin ikinci mərtəbəsində isə Zamanın arvadı Fidan «Nice» adlı gözəllik salonu işlədir. «Nice» adlı gözəllik salonunda Solmaz, Arzu adlı şəxslər işləyirlər. Onun aptekdə iş vaxtı saat 18:00-dan 00:00-a qədər zavam edirmiş, aylıq 350 manat maaş alırmış, satışa görə də aylıq 200 manat faiz alırmış, həmin aptekdə xx.xx.2021-ci il tarixdən 2022-ci ilin iyul ayına qədər işləmiş, onunla əmək müqaviləsi bağlanmamış, işdən isə heç bir əsas olmadan çıxarılmışdır. Material üzrə izahatı alınmış X4 bildirmişdir ki, ‘Zeytun Pharmaceuticals” MMC-nin nəzdində olan “Rich aptek”-də əczaçı işləyir. Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3 aptekin idarə edilməsinə o, nəzarət edir. Zərərçəkmiş şəxs da “Rich aptek”-də satıcı işləmişdir. O, 11 saylı uşaq poliklinikasında uşaq həkimi işlədiyindən onunla MMC arasında əmək müqaviləsi çağlanmamışdır. Maddi imkanı aşağı olduğu üçün tərəflərindən işə götürülmüşdür. Cəvahirin əmək haqqı MMC rəhbərliyinin məlumatı əsasında aptekin gəlirindən Cabir Niftəliyev tərəfindən ödənilmişdir. Aylıq olaraq satış faizinə görə isə 350-450 manata maaş alırmış. Cabir Niftəliyev aptekin müdiridir. İzahatı alınmış X5 göstərmişdir ki, o, «Rich aptek»-də əczaçı işləyir. Onunla aptekin sahibi Cabir Niftəliyev arasında əmək müqaviləsi bağlanmış, o, 400 manat əmək haqqı alır, iş saatı 14:00-da başlayır, 21:00-da bitir. Zərərçəkmiş şəxs da onunla birlikdə aptekdə işləmişdir. İzahatı alınmış X18 göstərmişdir ki, o, «Rich aptek»-də əczaçı işləyir, onunla aptekin sahibi Cabir Niftəliyev arasında əmək müqaviləsi bağlanmışdır. O, 450 manat əmək haqqı alır, iş saatı 08:00-da başlayır, 16:00-da bitir. Zərərçəkmiş şəxs da onunla birlikdə aptekdə işləmişdir. İzahatı alınmış X13 göstənmişdir ki, o, «Rich aptek»-də əczaçı işləyir. Onunla aptekin sahibi Cabir Niftəliyev arasında əmək müqaviləsi bağlanmışdır. O, 390 manat əmək haqqı alır, iş saatı 09:00-da başlayır, 18:00-da bitir. Zərərçəkmiş şəxs da onunla birlikdə aptekdə əczaçı işləmişdir. Material əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsindən çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2014-cü il tarixdə hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev, ev 21 c olmaqla ********** VÖEN ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş dərəsindən qeydiyyata alınmış, qanuni X1dur. Materiala əlavə edilmiş X3 ilə X22 Bildirişlərindən görünür ki, X6, X14, X18 ilə Zeytun Pharmaceuticals" MMC-nin qanuni X1 arasında əmək müqaviləsi bağlanmışdır. Material əlavə edilmiş 05 oktyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X8 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 140.6 kv/m olan qeyri yaşayış sahəsinin Şəxs MMC-yə icarəyə vermişdir. Toplanmış materialdan da görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdən 2022-ci ilin iyul ayına qədər olan müddətdə Şəxs MMC-nin 05 oktyabr 2021-ci il tarixli icarə müqaviləsi ilə istifadəsində olan «Rich aptek»-də əmək müqaviləsi bağlanmadan əczaçı olaraq işləmişdir. Şəxs MMC-nin barəsində Bakı şəhəri Binəqədi rayon prokurorluğunun 12 oktyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə yazılı vəsatətlə məhkəməyə müraciət edərək, izahatında göstərmişdir ki, Cəmiyyət barəsində Binəqədi rayon Prokurorluğu tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli qərar üzrə 3(007)-25/2023 saylı inzibati xəta üzrə iş mövcuddur. Həmin iş üzrə AR İXM-nin 38.1-ci maddəsinə əsasən müddətin keçməsi ilə əlaqədar 3(007)- 3097/2022 saylı inzibati xəta üzrə işə xitam verilməsinə dair vəsatətimizi irəli sürərək cəmiyyətimizin inzibati məsuliyyətdən azad edilməsinə dair əsas hallan məhkəmənin diqqətinə çatdırmaq istərdik. Vəsatətimizin əsas hissəsinə keçməmişdən öncə ilk növbədə məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, hazırki inzibati xəta üzrə işin ilkin təfərrüatları cəmiyyətimizə yalnız Binəqədi rayon Məhkəməsindən xx.xx.2022-ci tarixdə əldə edilən iş materiallarından sonra bəlli olmuşdur. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Şəxs MMC-nin VÖEN-i altında lisenziya əsasında əlahiddə təsərrüfat subyekti kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Yəhya Hüseynov (Biləcəri Qəsəbəsi), cv 4. döngə 6 ünvanında yerləşən Binəqədi 85 (“Rich”) Aptekində qeyri-rəsmi əmək fəaliyyətində olması barədə heç bir məlumatı olmamışdır. Yalnız bundan sonra cəmiyyətimiz tərəfindən həyata keçirilən daxili araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, “Rich” Aptekin maddi məsul şəxsi hesab edilən Şəxs MMC-də hazırda aptek müdiri vəzifəsində çalışan X13 zərərçəkmiş Zərərçəkmiş şəxs "Rich” Aptekdə əczaçı kimi əmək fəaliyyətinə cəlb olunan zaman işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi məqsədilə Şəxs MMC-yə heç bir məlumat təqdim etməmişdir. Halbuki, məsul şəxs X9 maddi məsuliyyət haqqında müqavilə üzrə öhdəliklərindən biri də aptek müəssisəsinə işə qəbul ediləcək yeni işçilərlə əmək münasibətlərinin rəsmiləsdirilməsidir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə X13 Şəxs MMC-yə dəvət olunaraq ondan müvafiq izahat alınmışdır. Onun tərəfindən verilən izahatından müəyyən olunmuşdur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs X9 maddi məsul olduğu “Rich” Aptekdə Şəxs MMC-yə rəsmi məlumat verilmədən və əmək müqaviləsi olmadan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilə tarixədək çalışmışdır. Bununla da aptek üzrə X13 öz öhdəliklərini pozaraq inzibati qanunvericiliyin tələblərini pozduğundan hazırki iş üzrə barəsində inzibati tənbeh tətbiq edilməli olan subyekt qismində fiziki şəxs kimi X13 çıxış etməlidir. Odur ki, Binəqədi rayon Prokurorluğunun AR İXM-nin 192.1 -ci maddəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarının tövsif hissəsini əsassız və qeyri-obyektiv hesab edirik. Vəsatətimizin əsas hissəsi isə inzibati tənbeh tətbiq etmək üçün müddətin keçməsi ilə bağlıdır. Belə ki, istər X13 tərəfindən verilən izahatdan, istərsə də iş materiallarından məlum olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Rich” Aptekdə qeyrirəsmi əmək fəaliyyətində olmuşdur. AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə də zərərçokmişin son qeyri- rəsmi əmək fəaliyyətinə görə inzibati xətanın törədildiyi günü 2022-ei ilin iyulun 15-dən etibarən hesablamalı olsaq bu zaman AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilmə müddəti üçün müəyyən edilmiş 3 (üç) ay müddət ötürülmüş hesab olunur. Belə ki, bu zaman inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə tarixi xx.xx.2022-ci il tarix hesab olunur. Bundan əlavə hazırki mövcud olan inzibati işin həmin maddədə sadalanan və inzibati məsuliyyətə cəlb etmə müddəti üçün ən geci 1 (bir) il müəyyən edilən digər inzibati xətalar kateqoriyasına aid olmadığını da məhkəmənin diqqətinə çatdırmaq istərdik. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı mövcuddur ki, həmin qərarın da yekun hissəsinin 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71- ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməlidir. Hətta, məhkəmə hazırki müddət məsələsi ilə bağlı AR İXM-nin 38.3-cü maddəsinə istinad mövqeyindən çıxış etsə belə hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarına əsasən AR İXM-nin 38.1-ci maddəsinin tələbi mütləq nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən AR İXM-nin 38.1-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarını rəhbər tutulmasını və göstərilənlərin nəzərə alınaraq, İnzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar "Zeytun Pharmaceuticals” MMC barəsində olan 3(007)-25/2023 saylı inzibati işə xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X19 təmsil etdiyi "xxxx" MMC barəsində olan 3(007)-25/2023 saylı inzibati işə xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Binəqədi rayon prokurorluğunn müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 sentyabr 2022-ci il tarixli qərar çıxarlmışdır. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddəti 30 dekabr 2022-ci il tarixdə bitir. Material isə, 20 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, hakimin icraatına daxil olmuş, Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinin tələbinə uyğun olaraq işə baxılması 29 dekabr 2022-ci il tarixə tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin iştirak etməməsi səbəbi ilə məhkəmə iclası təxirə salınaraq, xx.xx.2023-cü il tarixə təyin edilərək, həmin tarixdə də işə baxılaraq yekunlaşdırılmalı olması qənaətinə gəlinmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsinə dair 30 sentyabr 2022- ci il tarixli qərarın çıxarıldığı vaxtdan inzibati tənbehin ən geci üç ay keçənədək verilə bilməsinə dair qanunla müəyyən edilmiş müddət keçdiyindən, Şəxs MMC inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, istehlakçıların hüquqlarının pozulmasını özündə ehtiva edən İXM-nin 192.1-ci maddəsi ticarət qaydaları əleyhinə olan inzibati xətalara aid olmaqla, həmin maddədə nəzərdə tutulan inzibati xətaya görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsi nəzərdə tutulmuşdur, həmin inzibati xəta törədildiyi gündən ən geci bir il keçənədək verilə biləcək inzibati xətalar sırasına aid deyil. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və Şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-25/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-25/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver