Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-250/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1964-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayonu, M.Abbasov küçəsi, Yataqxana, ev 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 06 sentyabr 2024-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəməin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə 08 avqust 2024-cü il tarixli qərardan məlumatı olmamışdır. Bu barədə məlumat əldə etdikdən sonra dərhal vəsatət vermiş və məhkəmə həmin qərarını ləğv etmişdir. Ona görə 06 sentyabr 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi barəsində İXM-nin 332.3-cü maddəsi ilə inzibati tənbehin tətbiqinə dair qərarın qəbul edilməsi əsassız olmuşdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs növbəti məhkəmə iclasında iştirak üçün gəlməmişdir, məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılaraq yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs izahatında irəli sürdüyü dəlillər əsassızdır, belə ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə müvafiq polis orqanının 13 aprel 2024-cü il tarixli, EQ seriyalı, 20526419 nömrəli qərarını icra etməməsi əsası ilə onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 23 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli 3(007)-3681/2024 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs 13 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş vəsatəti əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 3(007)- 3681/2024 nömrəli qərarı ilə istinad olunan 08 avqust 2024-cü il tarixli qərara xitam verilmiş və həmin şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ bərpa edilmişdir. Şəxs barəsində hazırkı iş üzrə 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas isə, onun 06 sentyabr 2024-cü il tarixdə yol nişanlarının tələbinə riayət etməməklə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuş, bu zaman onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi qeydə alınması müəyyən edilmiş, buna görə 06 sentyabr 2024-cü il tarixli, EQ seriyalı, 23437128 nömrəli inzibati qərar əsasında o, Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinib (daha ağır xəta hesab olunan İXM-nin 332.3-cü maddəsi ilə), barəsində 400 manat məbləğində inzibati tənbeh edilmişdir. Göründüyü kimi, Şəxs 06 sentyabr 2024-cü il tarixdə yol hərəkəti qaydaları əleyhinə olan xətanın törədilməsi zamanı nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olmuşdur, o, yalnız 13 sentyabr 2024-cü il tarixdə bu qərarın ləğvi üçün məhkəməyə müraciət etmiş və eyni tarixdə bu barədə vəsatət təmin edilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, 06 sentyabr 2024-cü il tarixli, EQ seriyalı, 23437128 nömrəli inzibati qərar Şəxs tərəfindən mübahisələndirilməmişdir, qüvvədədir. Belə olan halda, həmin şəxsin irəli sürdüyü dəlillərin hüquqi əsas yoxdur, işin icraatını istisna edən, xitam verilməlı olmasını şərtləndirən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-250/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-250/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver