Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2501/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Azərbycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X1 iştirakı ilə, “X5” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və icraat materiallarına açır məhkəmə iclasında baxaraq Müəyyən etdi: Azərbycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən “X5” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 06 oktyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “X5” MMC İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş qida məhsullarını q/t sertifikatı olmadan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən anbarda saxlamışdır. Məhkəmə iclasında Azərbycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, “X5” MMC İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını q/t sertifikatı olmadan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən anbarda saxlamış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq “X5” MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İnzibati işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, daxil olmuş inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb, inzibati orqanın nümayəndəsinin izahatını dinləyərək qeyd edir ki, “X5” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, 06 oktyabr 2021-ci il tarixli Aktdan görünür ki, “X5” MMC-nin 16.06.2020-ci il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş düyü məhsulu partiyasının saxlandığı anbara baxış keçirilən zaman məhsul partiyası anbarda aşkar edilməmiş və satıldığı müəyyən edilmişdir. İnzibati işə əlavə olunmuş 30.07.2021-ci il tarixli İD********** №-li (Qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında) qərardan görünür ki, “X5” MMC-nin 16.06.2020-ci il tarixli İD********** nömrəli müraciəti əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir. İnzibati işə əlavə olunmuş sənədlərə əsasən, “X5” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, X3 ev 152 qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə görə, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə “X5” MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə, inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, “X5” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: “X5” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2501/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2501/2021
02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver