Məhkəmə qərarları › İş №3(007)-2505/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2505/2021

09.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2505/2021 09.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X3, Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın BYPX inspektoru, polis mayoru X1, Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX alayının inspektoru, polis baş serjantı X7, Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX alayının inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 08.10.2021-ci il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru G.L.Seyidov tərəfindən 08.10.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX alayının inspektoru, polis baş serjantı X11 bildirmişdir ki, 08.10.2021-ci il tarixdə saat təxminən 15:40 radələrində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla inzibati ərazidə xidmətdə olan zaman M.Əliyev küçəsində “maşın bazarı dairəsi” adlanan yerdə “Şevrolet Cruz” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilində konstruksiya dəyişikliyi edildiyi üçün işarə verib saxlamış və sürücüyə yaxınlaşmış, özlərini təqdim etmiş, sürücünün törətdiyi qanun pozuntusunu ona izah etmiş və avtomobili duracağa gedəcəyini bildirmişlər. Bu zaman sürücü onlarla nalayiq küçə söyüşləri söymüş və uca səslə danışaraq səs-küy salmış və ətrafda olan ictimaiyyəti özünə cəlb edərək onların qanuni tələbinə tabe olmamışdır. Onlar dəfələrlə sürücünü bu yoldan çəkindirməyə çalışsalarda o yenidən onlara müqavimət göstərərək dostlarının köməyi ilə həmin yerdən uzaqlaşmağa çalışmışdır. Bu zaman ərazidə xidmət aparan ÇPA-nın əməkdaşlarının köməyi ilə avtomobili duracağa, vətəndaşı isə 24-cü Polis Şöbəsinə aparmışlar. Məhkəmədən Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX alayının inspektoru, polis baş serjantı X4, polis baş serjantı X11 ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmədən Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın BYPX inspektoru, polis mayoru X5 bildirmişdir ki, polis əməkdaşı o halda bort kompüter sisitemindən vətəndaşın sənədlərini yoxlayır ki, həmin vaxt sənədlər vətəndaşın üzərində olmasın. Bundan başqa o halda evakator avtomobili duracağa aparır ki, həmin avtomobilin sürücüsü orada olmasın və ya avtomobil nasaz vəziyyətdə olsun. Halbuki, burada avtomobil saz vəziyyətdə olmuş və sürücüdə həmin vaxt orada olmuşdur.Məhkəmədən Şəxs oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirmişdir ki, o, 08.10.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “Şevrolet Cruz” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və onun avtomobilində konstrulsiya dəyişikliyi olduğunu və sənədlərinin təqdim edilməsini bildirmişlər. O, polis əməkdaşlarına avtomobilində heç bir dəyişikliyin olmadığını və sürücü məlumatlarına bort kompüter sisitemindən baxmalarını bildirmişdir. Polis əməkdaşları ona avtomobili duracağa aparılmasını bildirmişlər. O, avtomobildə şəxsi əşyaları olduğu üçün avtomobilin qaplarını bağlamış və polis əməkdaşlarına avtomobili evokatorla aparmalarını demişdir. Polis əməkdaşları ona həmin yerdən uzaqlaşmamasını söyləmiş, o isə əsəbi olduğu üçün nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Səhv etmişdir, çox peşmandır, ailəlidir körpə uşağı vardır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İnzibati qaydada tutma haqqında 08.10.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs oğlu 08.10.2021-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs oğlunun məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs oğlunun tutulduğu vaxtdan, yəni 08 oktyabr 2021-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 1 qeydiyyatda olan vən yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 08 oktyabr 2021-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X6 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinənə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar