Məhkəmə qərarları › İş №3(007)-2509/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2509/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2509/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 29-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 01 noyabr 2022-ci il tarixdə səhər saatlarında satıcı işlədiyi Zərərçəkmiş şəxsns məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən ərzaq mağazasının kassasından 250 manat nağd pul və 16 manat dəyərində 05 qutu siqareti gizli yolla oğurlayıb özgəsinin əmlakını xırda talamaqla Zərərçəkmiş şəxs cəmi 266 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 12 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə Nizami RPİ-nin 25-ci polis şöbəsinə müraciət edərək, 01 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən ona məxsus “Star” marketdə satıcı kimi işləyən Şəxs mağazanın kassasından ümumilikdə 650 manat pulunu oğurlaması barədə məlumat vermişdir. Ərizə üzrə əvvəl 25-ci polis şöbəsində, daha sonra Nizami RPİ-nin istintaq şöbəsində araşdırma aparılmış, müəyyən edilmişdir ki, Şəxs 01 noyabr 2022-ci il tarixdə səhər saatlarında satıcı işlədiyi Zərərçəkmiş şəxsns məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən ərzaq mağazasının kassasından 250 manat nağd pul və 16 manat dəyərində 05 qutu siqareti gizli yolla oğurlayıb özgəsinin əmlakını xırda talamaqla Zərərçəkmiş şəxs cəmi 266 manat məbləğində maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxsin ərizəsində qeyd olunan oğurluq nəticəsində ona 650 manat məbləğində maddi ziyan vurulması araşdırma zamanı öz təsdiqini tapmamış, müəyyən edilmişdir ki, oğurlanan əmlakın ümumi dəyəri 500 manatdan aşağı, 266 manat olmuşdur, hansı ki, bu, əməldə cinayətinin tərkib əlamətinin olmaması demək olmuş, Şəxs əməlində yalnız inzibati xəta tərkibi vardır. Nizami RPİ-nin istintaq şöbəsinin 10 yanvar 2023-cü il tarixli qərarı ilə toplanmış HK-1/2940 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən onun barəsində material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərar Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmişdir. Nizami RPİ-nin istintaq şöbəsinin 20 aprel 2023-cü il tarixli 52/2- 15989/23 nömrəli məktubu ilə qərar aidiyyəti hissədə icra olunması üçün 25-ci polis şöbəsinə göndərilmiş, 24 aprel 2023-cü il tarixdə sahə inspektoruna həvalə edilmiş, həmin tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, 03 may 2023-cü il tarixdə isə yuxarıda qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, istintaq orqanının 10 yanvar 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün bu barədə qərar və materiallar yalnız 20 aprel 2023-cü il tarixdə, 3 ay 10 gün sonra aidiyyəti üzrə göndərilmiş, qanunla müəyyən edilmiş müddət başa çatdığı halda isə, 25-ci polis şöbəsinin polis sahə inspektoru tərəfindən qanunsuz və əsassız olaraq 24 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında icraat başlanılmış, bu zaman İXM-nin 38.3-cü maddəsində müəyyən edildiyi kimi cinayət işinin başlanması rədd edildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsi nəzərə alınmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.3cü maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar