Məhkəmə qərarları › İş №3(007)-2519/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2519/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2519/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1991-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 95 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddələri ilə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: 07 oktyabr 2022-ci il tarixdə Nizami rayonu, Qara Qarayev prospektində “Kia Forte” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 329.1, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xətaya dair icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmək inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokola əsasən həmin gün saat 02:15 dəqiqədə aparılmış alkotestin nəticəsinə əsasən Şəxs sərxoş olduğu müəyyən edilmişdir. Protokola əsasən Şəxs müayinənin nəticəsi ilə tanış edildi, imzası ilə təsdiq etmişdir. Həmin protokolda izahatı kimi qeyd edilmişdir ki, spirtli içki qəbul etmişdir. Yerində müayinə olundu, göstərici ilə razıdır. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair "Sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmə haqqında" İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokolla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağayev X2 Xətalar Məcəlləsinin 329.1, 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar