Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-252/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2820/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs X2 xeyrinə, 16 iyul 2015-ci il təvəllüdlü Şəxs və 18 iyun 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs 08 iyun 2018-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq verilməsi qət edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 8422 manat məbləğində borc yığılmışdır. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Nizami Rayonu İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edir, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2820/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 08 iyun 2018-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmiş, lakin borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 8422 manat məbləğində borc yığılmışdır. Borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, qeyd olunan alimenti üzrlü səbəbdən ödəyə bilməmişdir. Hal hazırda 8422 manat məbləğində vəsaiti birdəfəlik ödəməyə imkanı çatmır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2820/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, 16 iyul 2015-ci il təvəllüdlü Şəxs və 18 iyun 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs 08 iyun 2018-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin 08 iyun 2018ci il tarixdən başlayaraq Şəxs X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borcu Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2820/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-252/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-252/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver