Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2522/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən tərtib edilmiş 04 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə məcburi auditini aparmamışdır. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, 2019cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə MN ******* nömrəli 04 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs MMC barəsində İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu qəbul etmir, onu aşağıda qeyd edilən səbəblərdən qanunsuz və əsassız hesab edir və buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İlk növbədə məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Şəxs MMC tərəfindən İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Həmin meyarlara əsasən işçilərinin sayı 1-10 nəfər və ya illik gəlirləri 200 000 (iki yüz min) manatdan aşağıda olan sahibkarlıq subyektləri mikro, işçilərinin sayı 11-50 nəfər və ya illik gəlirləri 3 000 000 (üç milyon) manatdan aşağı olan sahibkarlıq subyektləri kiçik sahibkarlıq subyektləri adlanırlar. Şəxs MMC tərəfindən Dövlət Statistika Komitəsinə 2019-cu il üçün verilmiş “X1”na nəzər salınsa, görünər ki, 2019-cu il üzrə hesabat dövrünün əvvəlinə və hesabat dövrünün sonuna MMC-nin işçilərinin sayı 47 nəfər olmuşdur. Şəxs MMC tərəfindən 2019-cu il üçün Dövlət Vergi Xidmətinə təqdim edilmiş "xxxx"nə diqqət edilsə, ilk növbədə görünər ki, Bəyannamənin vergi ödəyicisi haqqında ümumi məlumat adlı qrafasında MMC sahibkarlıq subyektinin meyarı kimi “kiçik” sahibkarlıq subyekti olaraq qeyd edilmişdir. Şəxs MMC tərəfindən 2019-cu il üçün Dövlət Vergi Xidmətinə təqdim edilmiş "xxxx"ndə hesabat dövrü üzrə MMC-nin gəlirlərinin 210.340,58 manat olduğu göstərilmişdir. Təqdim edilmiş sübutlardan göründüyü kimi Şəxs MMC kiçik sahibkarlıq subyektidir. Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən isə kiçik sahibkarlıq subyektləri illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb edən sahibkarlıq subyektlərinə aid edilməmişdir. Qeyd edilən səbəblərdən Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli 04 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edirlər. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel avının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Göründüyü kimi əgər Şəxs MMC kiçik sahibkarlıq subyekti olmasaydı, o zaman MMC tərəfindən 30 iyun 2020-ci il tarixdən gec olmayaraq 2019-cu il üzrə maliyyə hesabatlarının auditi aparılmalı idi. Yuxarıda sadalananlardan göründüyü kimi, Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi vaxtdan bir ildən artıq müddət keçməsindən sonra tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ən pis variant olaraq hesab edilsə ki, Şəxs MMC tərəfindən İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, bu zaman belə inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçməsi səbəbindən MMC barəsində inzibati tənbeh verilə bilməz. Qeyd edilənləri rəhbər tutaraq, hesab edirlər ki, MMC barəsində tərtib olunmuş MN ******* nömrəli 04 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına nəzər saldıqda, o da aydın olur ki, inzibati xəta haqqında protokol 04 oktyabr 2021-ci il tarixdə tərtib edildiyi halda, protokol baxılması üçün 48 saatadək müddətə hakimə göndərilməmişdir. Bu da İXM-nin 103.1-ci maddəsinin açıq və kobud pozuntusudur. İşin faktiki hallarından və istinad edilən hüquq normalarının tələblərindən də göründüyü kimi Şəxs MMC barəsində Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 04 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 04 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə yazılı etirazın dəlillərinə uyğun izahat vermiş və qeyd edilənlərin nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli 882 nömrəli Qanununun 2-ci maddəsinə əsasən “Audit-əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna sörə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən “Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Həmin meyarlara əsasən işçilərinin sayı 1-10 nəfər və ya illik gəlirləri 200 000 (iki yüz min) manatdan aşağıda olan sahibkarlıq subyektləri mikro, işçilərinin sayı 11- 50 nəfər və ya illik gəlirləri 3 000 000 (üç milyon) manatdan aşağı olan sahibkarlıq subyektləri kiçik sahibkarlıq subyektləri adlanırlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə 2019-cu il üçün verilmiş “X1”na əsasən 2019-cu il üzrə hesabat dövrünün əvvəlinə və hesabat dövrünün sonuna MMC-nin işçilərinin sayı 47 (qırx yeddi) nəfər olmuşdur. Şəxs MMC tərəfindən 2019-cu il üçün Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə təqdim edilmiş "xxxx"nə əsasən Bəyannamənin vergi ödəyicisi haqqında ümumi məlumat adlı qrafasında MMC sahibkarlıq subyektinin meyarı kimi “kiçik” sahibkarlıq subyekti olaraq qeyd edilmiş, həmin "xxxx"ndə hesabat dövrü üzrə MMC-nin gəlirlərinin 210 340,58 (iki yüz ona min üç yüz qırx manat 58 qəpik) manat olduğu göstərilmişdir. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC kiçik sahibkarlıq subyekti olmaqla, Mülki Məcəllənin 91.4-cü maddəsinin tələbinə uyğun olaraq, kiçik sahibkarlıq subyektləri illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb edən sahibkarlıq subyetkləri sırasına aid olmamışdır, ona görə də həmin MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün qanuni əsaslar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2522/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2522/2021
26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver