Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2525/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 27 mart 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 27 mart 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarına əsasən, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4 000 (dörd min) manat məbləğində cərimə edilmiş, yoxlama zamanı aşkar olunmuş nöqsanlar tam aradan qaldırılmadığı üçün İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minmişdir. Həmin qərardan "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayət verərək, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində idxal olunmuş qida partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsi barədə etmiş olduqları müraciətə (İD ********** nömrəli) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmış və xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciətlə Rusiya Federasiyasından idxalı həyata keçirilmiş 19000 kq naringi məhsul partiyası barədə qəbul edilmiş “qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Agentliyin Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli, 79/FN nömrəli qərarı onlara göndərilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən göndərilmiş müşayiət məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 79/FN nömrəli “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Qərarından görünür ki, xx.xx.2023-cü il tarixli AZ- 210100782/LAB03-23004-T-004 nömrəli sınaq protokoluna əsasən analiz zamanı məhsulda karantin tədbiq olunan zərərli orqanizm “Citrus tristeza virus” -Sitrus tristeza virusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli, 280 nömrəli qərarının tələblərinə cavab vermədiyindən, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 19000 kq naringi məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatlarının verilməsindən imtina edilmiş, həmin məhsul partiyası qərarın qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilməsi və bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10 (on) gün ərzində məhv edilməsi qərara alınmışdır. Qeyd olunanlardan göründüyü kimi, yeyinti məhsullarından nümunələr xx.xx.2023-cü il tarixinədək götürülməsinə baxmayaraq, Azərbaycan Qida Təhlükəsizliyi X3 Labaratoriyasının AZ-21010078/LAB03-23004-T-004 saylı sınaq protokolundan görünür ki, nümunələrin labaratoriyaya təqdim edildiyi tarix xx.xx.2023-cü il tarixindədir. Həmçinin, nümunələr labaratoriyaya təqdim edildikdən sonra, sözügedən sınaq protokolunda sınağın bitdiyi tarix olaraq xx.xx.2023-cü il tarixi qeyd olunmuşdur. Bununla da Azərbaycan Respulikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar çıxarılaraq icra edilməsi üçün onlara göndərilmiş, lakin, sözügedən qərar ərizəyə əlavə edilmiş poçt zərfindən göründüyü kimi, xx.xx.2023-cü il tarixində hüquqi ünvanları olan Qazax rayonunun, Çaylı kəndində tərəflərindən qəbul edilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMCnin xx.xx.2023-cü ildə İD ********* müraciətlə idxal olunan naringi məhsulunun qt sertifikatı alınmadan satışı və RB tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı icra olunmamışdır. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə dair qərardan göründüyü kimi, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, şikayət ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Resublikası Qida Təhlükəsizliyi Agentliyinə ünvanladıqları ərizə Agentliyin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində təhvil alınmasına baxmayaraq, bu gunkü tarixədək məsələ ilə bağlı heç bir araşdırma aparmamış və nəticəsi barədə onları məlumatlandırmamışdırlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edib, şikayətdə qeyd olunanlarla eyni məzmunlu izahat verdi və şikayətin təmin olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət ərizəsinə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işdə iştirak edən şəxsin izahatını dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 27 mart 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı protokolun surətindən görünür ki, xx.xx.2023-cü ildə İD ********** nömrəli müraciətlə idxal olunan naringi məhsulunun qt sertifikatı alınmadan satışı və RB qəbul edilmiş 79/FN qərarı icra olunmadığına görə "xxxx" MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İXMnin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 27 mart 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarına əsasən, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4 000 (dörd min) manat məbləğində cərimə edilmiş, yoxlama zamanı aşkar olunmuş nöqsanlar tam aradan qaldırılmadığı üçün İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minmişdir; Məhkəmə iclasında işin bütün hallarının hərtərəfli tədqiqi ilə müəyyən edildi ki, xx.xx.2023-cü il tarixində idxal olunmuş qida partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsi barədə "xxxx" MMC-nin etdiyi müraciətə (İD ********** nömrəli) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmış və xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciətlə Rusiya Federasiyasından idxalı həyata keçirilmiş 19000 kq naringi məhsul partiyası barədə qəbul edilmiş “qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Agentliyin Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli, 79/FN nömrəli qərarı MMC-yə göndərilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən göndərilmiş müşayiət məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 79/FN nömrəli “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Qərarından görünür ki, xx.xx.2023-cü il tarixli AZ-210100782/LAB03- 23004-T-004 nömrəli sınaq protokoluna əsasən analiz zamanı məhsulda karantin tədbiq olunan zərərli orqanizm “Citrus tristeza virus” -Sitrus tristeza virusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli, 280 nömrəli qərarının tələblərinə cavab vermədiyindən, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 19000 kq naringi məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatlarının verilməsindən imtina edilmiş, həmin məhsul partiyası qərarın qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilməsi və bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10 (on) gün ərzində məhv edilməsi qərara alınmışdır. Bununla da, yeyinti məhsullarından nümunələr xx.xx.2023-cü il tarixinədək götürülməsinə baxmayaraq, Azərbaycan Qida Təhlükəsizliyi X3 Labaratoriyasının AZ-21010078/LAB03- 23004-T-004 saylı sınaq protokolundan görünür ki, nümunələrin labaratoriyaya təqdim edildiyi tarix xx.xx.2023-cü il tarixindədir. Həmçinin, nümunələr labaratoriyaya təqdim edildikdən sonra, sözügedən sınaq protokolunda sınağın bitdiyi tarix olaraq xx.xx.2023-cü il tarixi qeyd olunmuşdur. Bununla da Azərbaycan Respulikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar çıxarılaraq icra edilməsi üçün MMC-yə göndərilmiş, lakin, sözügedən qərar ərizəyə əlavə edilmiş poçt zərfindən göründüyü kimi, xx.xx.2023-cü il tarixində MMC-nin hüquqi ünvanı olan Qazax rayonunun, Çaylı kəndində qəbul edilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü ildə İD ********* müraciətlə idxal olunan naringi məhsulunun qt sertifikatı alınmadan satışı və RB tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı icra olunmamışdır. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə dair qərardan göründüyü kimi, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, şikayət ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Resublikası Qida Təhlükəsizliyi Agentliyinə ünvanladıqları ərizə Agentliyin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində təhvil alınmasına baxmayaraq, bu gunkü tarixədək məsələ ilə bağlı heç bir araşdırma aparmamış və nəticəsi barədə MMC-ni məlumatlandırmamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsinə görə hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyətinə nəzarət həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. "xxxx" MMC-nin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, "xxxx" MMC həmin ərizədə yeyinti məhsullarından nümunələrin xx.xx.2023-cü il tarixinədək götürülməsinə baxmayaraq, Azərbaycan Qida Təhlükəsizliyi X3 Labaratoriyasının AZ-21010078/LAB03-23004-T-004 saylı sınaq protokolunda, nümunələrin labaratoriyaya təqdim edildiyi tarixin xx.xx.2023-cü il tarixində olduğunu, həmçinin, nümunələrin labaratoriyaya təqdim edildikdən sonra, sözügedən sınaq protokolunda sınağın bitdiyi tarix olaraq xx.xx.2023-cü il tarixi qeyd olunduğunu bildirmiş, nümunələrin götürüldüyü tarixdən MMC-nin qərarı qəbul etdiklərini tarixədək 22 gün vaxt keçdiyini, ARQTA Bakı Regional Bölməsinin barələrində protokol tərtib edərkən, həmin müddəti labaratoriya işçilərinin, Agentliyin əməkdaşlarının təqsiri üzündən gözardı edildiyini bildirmiş, inzibati xəta haqqında protokolun onların inzibati xəta törətməsində təqsirli olmadıqları nəzərə alınmaqla ləğv edilməsini xahiş etmişlər. Qeyd olunan ərizə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 10 aprel 2023-cü il tarixdə rəsmi qaydada alınmışdır. Bununla da, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 27 mart 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X4 barəsində qəbul edilmiş qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin sonuncunun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmadan inzibati qərar qəbul edilmiş, bununla da inzibati xətalar qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 27 mart 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 27 mart 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2525/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2525/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver