Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2526/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağsatafa rayonu, Köhnəqışlaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Şəxs etibarnamə üzrə idarə etdiyi “Hyundai İ-30 markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi istiqamətində sol hərəkət zolağı ilə 20-30 km/saat surətlə hərəkətdə olan zaman manevr qaydalarını pozaraq əks istiqamətdən 40km/saat sürətlə düzünə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan”markalı mopedlə toqquşmuş, bu toqquşma nəticəsində sürücü Zərərçəkmiş şəxs yıxılaraq xəsarət almışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qeyd olunan tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, hadisədən dərhal sonra mopedin sürücüsünə yaxınlaşaraq ona yardım təklif etmiş, sürücü isə imtina edərək vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq vəziyyətinin yaxşı olmadığını, xəsarət aldığını, nəticədə işsiz qaldığını, işsiz qaldığı hər gün üçün ondan 30 manat məbləğində ödəniş etməsini tələb etmişdir. Onun isə buna imkanının olmadığını, hazırda yalnız 50 manat ödəniş etməyə imkanı olduğunu bildirmişdir. Qeyd olunanları və özünün də ağır maddi vəziyyətinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs çıxış edərək barəsində protokol tərtib olunmuş şəxsdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. AR İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. AR İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 151 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs sol baldırın orta 1/3-nin ön səthinin sürtünmə xarakterli sıyrıqlarla müşayiət olunan əzilmiş yarası, sol baldırın orta 1/3-nin ön səthində bir qədər sağda və sol baldırın orta 1/3-nin arxa səthinin sıyrıqları sol dizin bayır səthinin və sol ayaq pəncəsinin üst nahiyəsinin qançırları olmuşdur. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Eyni zamanda təhqiqat materialların əlavə edilmiş xx.xx.2024-cü il tarixli 8/670 saylı rəyə əsasən “Hyundai İ-30 markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X2 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə, ekspert rəyləri, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, onunla barışması, habelə digər məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat (üç yüz manat) məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2526/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2526/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver