Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2527/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, xx.xx.1959-cu il tarixdə Ağdam rayonu, Saybalı kəndində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 00100-2268/22 saylı protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Skanlaşdırma və X6 Tətbiqi şöbəsindən daxil olmuş 34/014/019027 saylı xx.xx.2022-ci il tarixli raportun icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixində saat 09:30-da ipək yolu gömrük postunun 3-cü anbarında İran İslam Respublikasındn ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42CG068/42ZA618 nömrə nişanlı yük avtomobilinə Skanlaşdırma və X6 Tətbiqi şöbəsinin əməkdaşları tərəfindən “Hi- Scan 180180-2is Pro markalı rentgen qurğusu vasitəsi ilə gömrük yoxlaması aparılmışdır. Yoxlama zamanı, rentgen qurğusunun monitorunda şübhəli cizgilər aşkar edildiyindən malların hər birinə ayrı-ayrılıqda fiziki yoxlama aparılması qərara alınmışdır. Yoxlamanın nəticəsi olaraq, 7 adda tikiş iynələrinin və 2 adda dərman vasitələrinin X4 adına gətirilməsi müəyyən edilmişdir. Həmin mallar gömrük sərhədindən keçirilən zaman bəyan edilməmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xəta üzrə iş aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6713 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 7 adda tibbi tikiş iynələrinin ümumilikdə xx.xx.2022-ci il tarixdə orta qiyməti təxminən 940 manat müəyyən edilir. 2 adda dərman vasitəsinin qiymətinə dair məlumat olmadığından həmin vasitələrin qiymətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında görünür ki, X1 Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab olunurlar. X2 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli 00100-2268/22 saylı inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olmuş mallar gömrük sərhədindən bəyan edilmədən keçirildiyinə görə həmin maddi sübutların taleyi həll edilməli, hazırkı iş üzrə müsadirə növündə tənbeh tətbiq edilməklə həmin mallar ödənişsiz dövlətin mülkiyyətinə keçirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində əmlak müsadirəsi növündə tənbeh tədbiri tətbiq edilsin. Maddi sübut qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin anbarında saxlanılan ümumilikdə 940 manat təşkil edən -4 qutu “Supasil 1 USP 4 metric 37 mm 75 cm” markalı hər qutuda 36 ədəd tikiş iynəsi, 2 qutu “Supasil 0 USP 3.5 metric 37 mm 75 cm” markalı hər qutuda 36 ədəd, 2 qutu “Supalon 0 USP 3.5 metric 30 mm 75 cm” markalı hər qutuda 36 ədəd, 2 qutu “Supasil 0 USP 3.5 metric 37 mm 75 cm” markalı hər qutuda 36 ədəd, 2 qutu “Supalon 2/0 USP 3 metric 30 mm 75 cm” markalı hər qutuda 36 ədəd, 2 qutu “Supalon 1 USP 4 metric 30 mm 75 cm” markalı hər qutuda 36 ədəd, 2 qutu “Supalon 3/0 USP 2 metric 26 mm 75 cm” markalı hər qutuda 36 ədəd və qiyməti müəyyən edilməyən 10 qutu “Regen Allograft” markalı hər qutuda 1 ədəd, 10 qutu “Bone+b” markalı hər qutuda 1 ədəd olmaqla dərman vasitələri ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2527/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2527/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver