Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2528/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X5 iclas katibliyi, qərardan şikayət vermiş şəxs X4 və inzibati qərarı tərtib etmiş Nizami RPİ-nin 24-cü PB-nin sahə inspektoru X9 iştirakı ilə, X1 Nizami RPİ-nin 24-cü PB-nin sahə inspektoru X9 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Nizami RPİ-nin 24-cü PB-nin sahə inspektoru X9 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərardan şikayət vermə müddətinin buraxılmasının üzrlü hesab olunmasını, müddətin bərpa edilməsini və həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021 -ci il tarixində mənə İXM -nin 211.2-cü maddəsini ilə inzibati protokol tərtib və eyni tarixli qərar qəbul edilərək 200 manat cərimə edilmişdir. Protokolun tərtib edilməsindən məlumatlı olmamışdır. Eyni tarixli Qərar qəbul edilmişdir. Bu barədə məlumatı my.gov.az saytında əldə etmiş və bununla əlaqədar olaraq şifahi məlumat əldə edərək bilmişdir ki, protokol Nizami RPİ tərəfindən tərtib edilmişdir. Protokol tamamilə əsassız şəkildə tərtib edilmiş və onun məlumatı olmadan yazılmışdır və surəti ona təqdim edilməmişdir. Bununla bağlı Nizami RPİ- nə ərizə ilə müraciət etmiş, protokol və qərar rəsmi ona təqdim edilmişdir. Protokolun və qərarın surətinin təqdim edilməsi üçün xx.xx.2024-cü il tarixində Nizami RPİ-nə ərizə ilə müraciət edilmiş, protokol və qərarın surəti Nizami RPİ 24-cü PB təqdim edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən Nizami rayon RPİ-nin 24-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2021 -ci il tarixli MN ******* nömrəli protokolu və onun əsasında yazılmış xx.xx.2021 -ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayətçi tərəfindən qərarın xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin 24cü PB-dən əldə edilməsini nəzərə alaraq buraxılmış müddəti üzrlü hesab etmiş, buraxılmış müddətin bərpası barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətdə göstərilənlərə əsasən, məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnizbati qərarı tərtib etmiş Nizami RPİ-nin 24-cü PB-nin sahə inspektoru X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, şikayətçi avtobus sürücüsü kimi fəaliyyət göstərir. Covid virusunun yayılmasının qarşısını almaq məqsədilə 2021-ci ildə müxtəlif vaxtlarda avtobuslarda reydlər aparılmış, maskadan istifadə olunması ilə bağlı qaydaları pozan şəxslərə cərimələr tətbiq olunmuşdur. Vətəndaş Salmanov barəsində daha öncə karantin qaydalarını pozduğuna görə İXM-nin 211-ci maddəsi ilə protokol tərtib olunmuş, daha sonra təkrarən eyni xətanı törətdiyinə görə İXM-nin 211.3-cü maddəsi ilə EXP ******* saylı protokol və onun əsasında EPQ ******* saylı qərar çıxarılmışdır. Həmçinin bildirmişdir ki, qeyd olunan protokol və qərar elektron qaydada tərtib olunmuş və həmin qərarın kağız daşıyıcıda şəxsə təqdim edilməsi hazırkı prosedur qaydalara görə mümkün deyildir. Həmçinin bildirdi ki, vətəndaş barəsində çıxarılmış elektron qərar vətəndaşın mobil nömrəsinə göndərilmiş, qeyd olunan səbəbdən vətəndaşın qərardan məlumatsız olması mümkün deyildir. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin edilməməsini qərarı qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq qərardan şikayət vermiş şəxs X6 bildirmişdir ki, onunla sərnişinlər arasında örtükdən ibarət maneə olduğundan maskadan istifadə etməmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsilə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar EXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. İş materiallarında olan EXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X6 həqiqətən də, AR İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən AR İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi EXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar, qərardan şikayət vermiş şəxsin və protokolu tərtib etmiş sahə rəisinin ifadəsi ilə tam sübuta yetirilir. İnzibati tənbehi istisna edən hallar mövcud deyildir və şikayətçi hadisənin onun tərəfindən törədilməməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Nizami RPİ-nin 24-cü PB-nin sahə inspektoru X9 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2528/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2528/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver