Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-253/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X3 Bəxtiyar oğlunun katibliyi ilə, Dövlət vergi xidmətinin nümayəndəsi X1 iştirakı ilə, xx xxxxxx 1968-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş 25.01.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanda 25.01.2022-ci il tarixdə saat 11:00-da SVY-nın keçirilməsi üçün zəruri olan sənədin təqdim olunması haqqında 24.11.2021-ci il tarixli tələbnamə üzrə sənədlərin təqdim edilməməsi yaranan suallara yazılı və şifahi izahatın verilməməsi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dövlət vergi xidmətinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, "xxxx" MMC-də 25.01.2022-ci il tarixdə saat 11:00-da SVY-nın keçirilməsi ilə əlaqədar Şəxs tərəfindən müvafiq sənədlər təqdim edilməmiş və sonuncu tərəfindən yaranan suallara yazılı və şifahi qaydada izahat verilməmişdir. Faktla əlaqədar olaraq Şəxs barəsində müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq Şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İnzibati işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, dövlət vergi xidmətinin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdıraraq hesab edir ki, inzibati iş üzrə təqdim olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, inzibati iş üzrə toplanmış sənədlərdən, habelə 14.12.2021, 16.12.2021, 20.12.2021 və 25.01.2022-ci il tarixli Aktlardan görünür ki, "xxxx" MMC-də SVY-nın keçirilməsi ilə əlaqədar tələb olunan sənədlər müəssisənin direktoru Şəxs tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs bаrəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, icraatı rədd edən halların müəyyən olunmadığını nəzərə alır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-253/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-253/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver