Məhkəmə qərarları › İş №3(007)-2545/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2545/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2545/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin sahə inspektoru X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1i ünvanda qeydiyyatda olmaqla ünvan 2an, Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Mir-Ülfət tərəfindən X3 müraciəti əsasında toplanmış HK1-2483 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Nizami rayonu, ünvan 4 ünvanda yaşayan X7 ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində Q.Qarayev prospekti 85 saylı ünvanda yerləşən “Elvin” marketin qarşısında idarə etdiyi “Chevrolet Cruze” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq yan oturacağının üzərinə özünə məxsus olan “Samsung A41” markalı mobil telefonu qoyaraq avtomobili tərk etmiş, qayıtdıqda qeyd olunan telefonun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X4 tərəfindən xx.xx.2022-ci il tarixində MN №1198619 saylı protokol tərtib edilərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiq edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Həmin protokolda həmçinin göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Babək prospekti 85 A ünvanda X7 məxsus avtomobildən bir ədəd “Samsung A41” markalı mobil telefonu oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X4 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verməklə, Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X1 Şahruz Şahəddin oğlu tərəfindən ona vurulmuş ziyanın ödənilməsini nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında izahat vermiş Şəxs izahatında bildirdi ki, 2022-ci ilin iyul ayında Orxan adlı dostu ilə Xalqlar Dostluğu metrostansiyası yaxınlığında görüşə getmişdir. Orxanla görüşü baş tutmamışdır. Təxminən saat 18:00 radələrində körpünün yanında yerləşən xəstəxananın dayanacağında avtomobilin saxlandığını, avtomobilin qabaq sol qapısının şüşəsinin açıq olduğunu, sürücünün başının qarışıq olduğunu görmüş “Samsung A41” markalı mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Həmin telefonu 28 May küçəsində yerləşən telefon mağazasına 150 manata satmaqla ehtiyaclarını qarşılamışdır. Əməlindən peşman olduğunu və bu əməli ehtiyacı olduğu üçün etdiyini bildirdi. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Bütün bunları nəzərə alaraq, inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasında, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə Babək prospekti 85 A ünvanda X5 məxsus telefonu oğurlamışdır. Lakin o, sonrada zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəmişdir, zərəçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində heç bir şikayəti olmadığını, barışıq əldə etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, hazırki halda Şəxs ilə zərəçəkmiş şəxs X7 arasında barışıq əldə edilmiş, zərərçəkmişə vurulmuş maddi ziyan ödəmişdir. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 39.2.-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar