Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2545/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X1 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 manat cərimə edilmişdir. X4 qərardan şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinii məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X4 şikayəti onunla əsaslandırmışdır ki, "xxxx" MMCnin (Bundan sonra - cəmiyyət) Qərb regional filialının Göygöl şöbəsində texnik vəzifəsində çalışan X7 21 dekabr 2023-cü il tarixdə, saat 15 radələrində Göygöl rayon Xəqani kəndi ərazisində telefon xətti çəkən zaman rabitə dirəyindən yıxılaraq topuq nahiyəsinin sınması ilə nəticələnən xəsarət almışdır. Hadisədən dərhal sonra X12 şəhərində yerləşən Abbas Səhət adına xəstəxanaya yerləşdirilmişdir. Hadisə ilə bağlı həmin gün X9 Xidmətinin Gəncə-Daşkəsən şöbəsinə (Bundan sonra - Əmək müfəttişliyi) məlumat verilməmişdir. Baş vermiş hadisə ilə əlaqədar 25 dekabr 2023-cü il tarixdə Göygöl rayon Prokurorluğu və xəstəxana tərəfindən əmək müfəttişliyinə rəsmi məlumat verilmişdir. Əmək müfəttişliyi tərəfindən müvafiq araşdırma aparılaraq 03 may 2024-cü il tarixli, MN1744650 saylı protokola əsasən MN№1614238 saylı, 13 may 2024-cü il tarixli izibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra - İXM) 555.1 -ci maddəsi ilə 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Əmək müfəttişliyi tərəfindən qəbul edilən qərar qanunsuzdur. Belə ki, xx.xx.2024-cü il tarixli MN№ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan da görünür ki, hadisə xx.xx.2023-cü il tarixdə baş vermişdir. Hadisə barədə əmək müfəttişliyinə məlumat verilməməsinə görə nəzərdə tutulan inzibati xəta həmin günün sonu, başqa sözlə 22 dekabr 2023-cü il tarixdə başa çatmış hesab edilir. İXM-nin 555.1 -ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manata kimi inzibati cərimə tənbehi nəzərdə tutulmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İXM-nin 38.1 -ci maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İnzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilən inzibati xəta növləri həmin normada açıq şəkildə göstərilmişdir. İXM-nin 555.1 -ci maddəsi həmin məcəllənin 39-cu fəslini əhatə etməklə “idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” növünə aid olduğuna görə bu xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yəni 22 aprel 2024-cü il tarixi inzibati tənbehin tətbiq etmə müddətinin son günü idi. İXM-nin 53.1.6-cı maddəsinə əsasən, həmin məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş 4 aylıq müddət başa çatdıqda müddətin keçməsi ilə bağlı inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Qeyd edilən məcəllənin 114.2.1–ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsindənəzərdə tutulmuş halların (müddətin keçməsi) müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. X1 məhkəməyə ərizə ilə müraciət edərək, şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilmiş səlahiyyətli orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, baş vermiş bədbəxt hadisə barədə məlumat DƏMX-nə xx.xx.2023-cü il tarixdə Göygöl rayon prokurorluğundan və xəstəxanadan daxil olmuşdur. Məlumat əsasında araşdırma aparılmış, nəticədə müəyyən olunmuşdur ki, X4 tərəfindən İXM-nin 555.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən o, İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə olunmuşdur. Sonda şikayətin təmin olunmamasını, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinin Gəncə-Daşkəsən Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməli və X4 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, X4 tərəfindən inzibati xəta hadisəsi bədbəxt hadisənin baş verdiyi gün, yəni 21 dekabr 2023-cü il tarixdə törədilmişdir. İnzibati xətanın törədildiyi vaxtın xx.xx.2023-cü il olduğunu nəzərə almaqla, inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2024-cü ildə başa çatmışdır. X9 Xidmətinin X3 tərəfindən inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. Beləliklə, inzibati tənbeh vermə haqqında qərar inziabti xəta hadisəsi baş verdikdən sonra inzibati məsuliyyətə cəlbetmə müddəti- 04 ay müddət başa çatdıqdan, təxminən 20 gün sonra çıxarılmışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta “idarəçilik qaydaları əleyhinə olan inzibati xəta” növünə aid olduğundan, həmçinin əmək qanunvericiliyinin təmin edilməsi qaydasının pozulması əlavə obyekt kimi çıxış etdiyindən qeyd olunan inzibati xətaya dair işlər üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin 04 ay olması nəzərə alınmalıdır. Belə olduğu halda məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. Barəsində inzibati icraat aparılan X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2545/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2545/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver