Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2546/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4, Bakı şəhər BPİ-nin X15 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yolpatrul xidməti inspektoru X9 iştirakı ilə, Bakı şəhər BPİ-nin X15 İdarəsinin polis polkovniki X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhər BPİ-nin X15 İdarəsinin polis polkovniki X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 02:39 radələrində Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində rəsmi nikahda olduğu həyat yoldaşı X10 “VOLKSWAGEN TOUAREG” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücü qismində idarə edərkən, “Planet” şadlıq evinin yaxınlığında olan 24/7 mağazasının önündə saxlayaraq, idarə etdiyi avtomobildən düşərək mağazaya daxil olmuşdur. Mağazaya daxil olduğu zaman X15 İdarəsinin əməkdaşı etibarnamə üzrə idarə etdiyi avtomobilə yaxınlaşaraq avtomobilin sərnişin oturacağında olduğu zaman ondan sənədləri təqdim etməsini tələb etmişlər. Bu zaman həyat yoldaşı mağazadan qayıdaraq avtomobili onun deyil, özünün idarə etdiyini bildirsə də, nəticədə polis əməkdaşı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi üzrə (təhlükəsizlik kəmərəni bağlamadan nəqliyyat vasitəsinin idarə etmə) və 333.1-ci maddəsi üzrə (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) protokol tərtib etmişdir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrinin tələblərinin tətbiq edilməsi əsassızdır və doğru deyildir. Belə ki, avtomobili o, idarə etməmiş, avtomobildə sərnişin qismində olmuş, avtomobilin onun tərəfindən idarə edilməsi barədə möhtəbər sübut mövcud deyildir. Bu səbəbdən də protokola imza etməkdən imtina etmişdir. Ona qarşı tərtib olunmuş protokola qəti şəkildə narazılığını bildirsə də, polis tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Çünki, İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhər BPİnin X15 İdarəsinin polis polkovniki X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X6 şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş və barəsində Bakı şəhər BPİnin X15 İdarəsinin polis polkovniki X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin X15 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X11 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 02:39 radələrində Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində xidmətdə olduğu zaman içkili olması aşkar surətdə biruzə verən bir nəfər vətəndaşın yıxıla-yıxıla “VOLKSWAGEN TOUAREG” minik markalı, **-UE- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağında əyləşdiyini, daha sonra isə həmin avtomobili idarə edərək yerini dəyişməyə çalışdığını görmüşdür. Bu zaman dərhal həmin avtomobilin arxa hissəsində saxlayaraq sürücüdən sənədləri təqdim etməsini xahiş etmiş, sürücü sənədləri təqdim edən zaman həmin şəxsin X6 olduğunu bilmişdir. X6 ağır dərəcəli sərxoş vəziyyətdə olması aşkar surətdə biruzə verdiyindən sürücüyə avtomobildən düşməsini xahiş etmiş, lakin sürücü öz istəyi ilə avtomobildən düşmədiyindən həmin şəxsi məcburi formada avtomobildən düşürmüşdür. Daha sonra bir xanım gələrək sürücünün həyat yoldaşı olduğunu, avtomobili onun idarə edərək həmin ərazidə saxladığını bildirsə də, lakin o, avtomobilin yanına gələn zaman avtomobil işlək vəziyyətdə olmuş və sükanında X6 əyləşmişdir. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X10 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 02 radələrində Bakı şəhəri, Binə qəsəbəsində yerləşən bağdan “VOLKSWAGEN TOUAREG” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən marketə gəlmiş, avtomobili marketin qarşısında saxlayaraq, həmin marketə daxil olmuşdur. Həmin zaman avtomobildə həyat yoldaşı X1 qismində sürücünün oturacağının yanındakı oturacaqda əyləşmişdir. O, marketdə bir qədər ləngimiş və bazarlıq edərək avtomobilin yanına gəlmişdir. Bu zaman X4 avtomobildə olmadığını, avtomobildən kənarda dayanmış Yol- Patrul Xidmətinin avtomobilində əyləşdiyini görmüşdür. Dərhal Yol-Patrul Xidmətinin avtomobilinə yaxınlaşmış, bu zaman polis əməkdaşı ona bildirmişdir ki, “VOLKSWAGEN TOUAREG” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili X3 vəziyyətdə idarə etmişdir. O, polis əməkdaşına “VOLKSWAGEN TOUAREG” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili onun idarə edərək həmin əraziyə gətirdiyini, ərazidə quraşdırılmış kameralara baxıldığı təqdirdə onun dediklərinin öz əksini tapacağını bildirsə də, polis əməkdaşı onun fikri ilə razılaşmamışdır. Bir daha qeyd edir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 02 radələrində “VOLKSWAGEN TOUAREG” minik markalı, **-UE- *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində o, idarə etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ-nin X15 İdarəsinin polis polkovniki X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 02:39-da “VOLKSWAGEN TOUAREG“ minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində təhlükəsizlik kəmərini bağlamadan sərxoş vəziyyətdə idarə etmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. - Bakı şəhər BPİ-nin X15 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X11 tərəfindən məhkəmə iclasında təqdim edilmiş X5 məxsus səsyazısı dinlənilən zaman X4 ifadələrində avtomobili sərxoş vəziyyətdə idarə etdiyi öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 329.1 və 333.1-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər BPİ-nin X15 İdarəsinin polis polkovniki X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2546/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2546/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver