Məhkəmə qərarları › İş №3(007)-2552/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2552/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2552/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Şəxs, Zərərçəkmiş şəxs, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 9/27 Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-28/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Zərərçəkmiş şəxs məxsus 600 kv.m torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində göstərilən qaydada, iddiaçının torpaq sahəsinin koordinatları ilə, rəyə əlavə olunmuş sxemdə göstərilən 720 kv.m torpaq sahəsinin hüdudları daxilində bərpa olunması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış, torpaq sahəsinin planı, ölçüsü və digər zəruri sənədlərin verilməsi, mülkiyyət hüququna yaradılan bütün maneələr aradan qaldırılması qərara alınmışdır. Lakin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Şəxs üzərinə qoyulmuş həmin vəzifəni icra etməmişdir. Borclu icra vərəqəsində və qərardadda göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Şəxs bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi icra olunmuş, Zərərçəkmiş şəxs torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilmişdir. Lakin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən, faktiki iddia olunan torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş JN-1217H (kod 0090003) Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ilkin sənəd əsası olmuş Nizami Rayon icra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli, 716 saylı sərəncamında və rayon memarı tərəfindən təsdiqlənmiş eskizdə(cizgidə) coğrafi istinad məlumatları, ölçüləri göstərilmiş Şərifli küçəsi, 2593-cü məhəllədə 600 kv.m torpaq sahəsi (yer 27) deyil, aralı məsafədə tam fərqli ərazidə yerləşməklə uyğunsuzluq təşkil edir. Bundan əlavə olaraq iddia olunan faktiki torpaq sahəsi yüksək gərginlikli (35 kV- luq) elektrik xəttinin mühafizə zonasıdır. Həmçinin həmin sahə qərb tərəfdəki qonşu özəl torpaq sahəsinin yeganə giriş-çıxış yeridir. Yuxarıda qeyd olunan səbəblərdən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (döngə nöqtələrinin koordinatlarının) verilməsi mümkün olmamışdır. Bu səbəbdən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs məhkəmə qətnaməsinin tam şəkildə icra olunmasını, mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini istəyərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olduğunu bildirdi və barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 bildirdi ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icra işi mövcuddur, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-28/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Nizami Rayon Məəhkəməsinin 2(007)-78/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilmiş, Zərərçəkmiş şəxs məxsus 600 kv.m torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində göstərilən qaydada, iddiaçının torpaq sahəsinin koordinatları ilə, rəyə əlavə olunmuş sxemdə göstərilən 720 kv.m torpaq sahəsinin hüdudları daxilində bərpa olunması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış, torpaq sahəsinin planı, ölçüsü və digər zəruri sənədlərin verilməsi, mülkiyyət hüququna yaradılan bütün maneələr aradan qaldırılması qərara alınmışdır. İcra sənədinin icrasına başlanılmış və borclu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Lakin uzun müddət keçməsinə borclu icra sənədini icra etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli məktublarla “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinin mümkün olmaması bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer № 27) üzərində Zərərçəkmiş şəxs mülkiyyət hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması” qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-28/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilmiş və qərara alınmışdır ki, Zərərçəkmiş şəxs 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsini qət edərkən məhkəmə 1294 kv.m olan torpaq sahəsinin hüdudları daxilində deyil, həmin torpaq sahəsindən 99,10 metr məsafədə yerləşən sahəsi 720 kv.m olan torpaq sahəsinin hüdudları daxilində bərpa olunmasını nəzərdə tutmuşdur. Ona görə də tələbkara məxsus torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində göstərilən qaydada, iddiaçının torpaq sahəsinin koordinatları ilə,çrəyə əlavə olunmuş sxemdə göstərilən 720 kv.m torpaq sahəsinin hüdudları daxilində bərpa olunsun. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış, torpaq sahəsinin planı, ölçüsü və digər zəruri sənədlərin verilməsi təmin edilsin. Mülkiyyət hüququna yaradılan bütün maneələr aradan qaldırılsın. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-28/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı icra olunması üçün 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və göstərilən tələbin 10 gün müddətində icra olunması tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Şəxs icra sənədində göstərilən tələbin icrası ilə bağlı xx.xx.2023-cü il tarixinə İcra İdarəsinə dəvət edilmiş və icra sənədi üzrə tələbi icra etməsi, əks halda barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq oluncağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli məktublarla “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar