Məhkəmə qərarları › İş №3(007)-2559/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2559/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2559/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 oğlunun, Bakı şəhər BPİ-nin X6 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhər DYPİ-nin polis mayoru Z.G.Abbasov tərəfindən qəbul edilmiş 14.09.2021ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 oğlunun verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 oğlu Bakı şəhər DYPİ-nin polis mayoru Z.G.Abbasov tərəfindən qəbul edilmiş 14.09.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İdarəsinin əməkdaşı tərəfindən barəsində tərtib edilmiş 04.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməyə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi və avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi olmadığına görə həmin Məcəllənin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin protokol əsasında 14 sentyabr 2021-ci il tarixli, TP ******* №-li inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. 03 sentyabr 2021-ci il tarixdə saat 18:55 radələrində idarə etdiyi «Mercedes Benz-220» markalı, 10MU450 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi ilə Özbəkistan küçəsi istiqamətində idarə edərək axırıncı küçənin yolayrıcında quraşdırılmış svetoforun hərəkətə icazə verən yaşıl işığı yandığı üçün yolayrıcına daxil olmuş və bu vaxt sağ tərəfdən, yəni Özbəkistan küçəsi ilə hərəkət edərək onun üçün svetoforun hərəkəti qadağan edən qırmızı işığında yolayrıcına daxil olan hansısa sığorta şirkətinin əməkdaşı işləyən şəxsiyyətini bilmədiyi sürücünün idarə etdiyi «Mercedes» markalı avtomobil avtomobili ilə toqquşmuşdur. Nəticədə idarə etdiyi avtomobilin qabaq hissəsi, yəni qabaq bufer, hər iki fara, qabaq sol qanad, kapot, radiatorun ablisovkası və digər hissələri deformasiya olunaraq əzilmişdir və nəticədə ona 2500 (iki min beş yüz) manat məbləğində ziyan vurulmuşdur. Hadisədən sonra onun avtomobili ilə toqquşan avtomobilin sürücüsü polis əməkdaşı Zaur Abbasovla tanış çıxmışdır. Onlar sövdələşmə apardıqdan sonra onu təqsirkar etmişlər və inzibati protokol onun barəsində tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsinin 03.09.2021-ci il tarixdə baş verməsinə və Bakı şəhər X6 İdarəsinin əməkdaşının həmin vaxt hadisə yerinə gəlməsinə baxmayaraq 04.09.2021-ci il tarixdə o, idarəyə dəvət edilmiş və həmin əməkdaş onun iştirakı ilə barəsində inzibati protokol tərtib etmişdir. İnzibati xətaya yol vermədiyindən həmin protokolla razı olmayaraq qanunla ona verilmiş hüquqlarından istifadə etmək istəsə də həmin hüquqları vəzifəli şəxs tərəfindən təmin edilməsi əvəzinə məhdudlaşdırılmış və bunlara imkan verilməmişdir. Həmin yolayrıcında kamera quraşdırılmışdır. Həmin kamera baş vermiş yol-nəqliyyat hadisəsini çəkmişdir. Araşdırma üçün həmin kameranın çəkilişlərindən istifadə etmək olar. Hüquqlarını, qanunun tələblərini pozmaqla tərtib edilmiş, natamam (düzgün olmayan) protokol və onun əsasında tərtib edilmiş qərar qanuni hesab edilə bilməz. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Lakin «Mercedes Benz-220» markalı, 10MU450 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi yoxdur. Bunun üçün o, ancaq İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməli idi. Lakin o, qanunsuz olaraq həmin Məcəllənin 327.2-ci maddəsi ilə də inzibati məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYPİ-nin əməkdaşı polis mayoru Zaur Abbasov tərtib olunmuş inzibati protokolu ona versə də nə səbəbə görəsə həmin protokol əsasında tərtib edimiş TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ona verməmişdir. Ona görə də Nizami Rayon Məhkəməsinə şikayət verərkən inzibati qərarı şikayətə əlavə etməmişdir. İnzibati qərarın şikayətə əlavə edilməsini savadı olmadığında bilməmişdir. Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 3(007)-2321/2021 №-li qərardadı ilə şikayəti ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır. Bundan sonra o, tərtib edilmiş inzibati qərarı almaq üçün Bakı şəhəri DYPİ-nə müraciət etmiş və 11 oktyabr 2021-ci il tarixdə həmin qərarı almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 oğlu şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər DYPİ-nin polis mayoru Z.G.Abbasov tərəfindən qəbul edilmiş 14.09.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X6 İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V bəndinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. X4 oğlunun hərəkət etdiyi yolda svetoforun yaşıl işığı yansa da o, yolayrıcında hərəkəti başa çatdırmaqda olan digər nəqliyyat vasitəsinin sürücüsünə yol verməli idi. X1 həmin nəqliyyat vasitəsinə yol verməyərək onunla toqquşduğu və avtomobili etibarnamə olmadan idarə etdiyi üçün inspektor X4 oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında 14.09.2021-ci il tarixdə 60 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul etmişdir. X2 inzibati xətanı törətməsi videogörüntü ilə də təsdiq olunur. X4 oğlunun şikayətini əsaslandırdığı dəlillər əsassızdır. Məhkəmədən göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər DYPİ-nin polis mayoru Z.G.Abbasov tərəfindən qəbul edilmiş 14.09.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 oğlu Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Bakı şəhər BPİ-nin X6 İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman X4 oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, qərardan şikayət vermiş X4 oğlu özü Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyini etiraf edir, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə razıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Məhkəmə işin faktiki hallarına və X2 şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, O.R.Əmrahovun göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ-nin polis mayoru Z.G.Abbasov tərəfindən qəbul edilmiş 14.09.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 oğlunun verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər DYPİ-nin polis mayoru Z.G.Abbasov tərəfindən qəbul edilmiş 14.09.2021ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 oğlunun verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar