Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2560/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin icra məmuru Abusət Qasımovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 18 noyabr 1981-ci il tarixdə Qazağıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Abusət Qasımov tərəfindən tərtib olunmuş 14 oktyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 2548/2018-ci il tarixli icra sənədinə əsasən 1611 manat, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 4612/2018-ci il tarixli icra sənədinə əsasən 174 manat ödənilməmiş borcu qalmış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 2548/2018-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 3322 manat borcdan ödənişlər etmiş və hal hazırda ödənilməmiş 1612 manat, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 4612/2018-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 413.90 manatdan ödəniş etmiş və hal hazırda 174 manat ödənilməmiş borcu qalmışdır. Həmin icra vərəqələri üzrə ödənilməmiş qalan məbləğləri maddi vəziyyətlərinin ağır olması ilə əlaqədar ödəyə bilməmişdir. Qalan borcunu ödəmək məqsədilə yeni qrafik üçün dəfələrlə banka müraciət etmiş və bankdan bir neçə günə ona yeni ödəniş qrafiki veriləcəyi bildirilmişdir. Qalan borcunu ödəməkdən yayınmır və qısa müddət ərzində qalan borcunu ödəyəcəkdir. Məhkəmə iclasında Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin icra məmuru Abusət Qasımov izahatında göstərmişdir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 2548/2018-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 3322 manat borcdan ödənişlər etmiş və hal hazırda ödənilməmiş 1612 manat, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 4612/2018-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 413.90 manatdan ödəniş etmiş və hal hazırda 174 manat ödənilməmiş borcu qalmışdır. Şəxs qalan borcunu maddi vəziyyətinin ağır olması ilə əlaqədar ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli tədqiq edib, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati iş üzrə icraat materiallarından görünür ki, borclu Şəxs tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 2548/2018-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 4612/2018-ci il tarixli icra sənədləri üzrə müvafiq ödənişlər edilmiş və sonuncu qalan borcun ödənilməsi ilə əlaqədar yeni qrafikin verilməsi üçün banka müraciət etmiş və ödənilməmiş qalan məbləğləri qısa müddətdə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 2548/2018-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 4612/2018-ci il tarixli icra sənədləri üzrə müvafiq ödənişlər etməsi ilə bağlı hallar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş 14 oktyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2560/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2560/2021
14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver