Məhkəmə qərarları › İş №3(007)-2565/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2565/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2565/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 082- 42287-1220 nömrəli məktubda X1 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi cəriməyə görə barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP3321047 nömrəli inzibati xəta haqqında protokol üzrə materialın qərar qəbul edilməsi üçün məhkəməyə göndərildiyi qeyd edilmişdir. Məktuba əlavə edilmiş materialdan isə görünür ki, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol X1 deyil, Şəxs barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, daxil olmuş inzibati xəta haqqında materialın məktubda adı qeyd edilən X2 və ya toplanmış materialda adı qeyd edilən Şəxs aid olub-olmadığını müəyyən etmək mümkün olmadığı, məhkəmənin məhz hansı şəxs barədə olan işə baxmalı olduğu aydın olmadığı, bununla da təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün daxil olmuş material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 082- 42287-1220 nömrəli məktuba daxil olmuş inzibati xəta haqqında material həmin orqana geri qaytarılsın. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar