Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2568/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən tərtib edilmiş 19 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə məcburi auditini aparmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Auditorlar Platası tərəfindən auditor təşkilatları və sahibkarlıq auditorların təqdim etdikləri hesabatlara əsasən 2021-ci ilin yekunları üzrə sahibkarlıq subyektlərinin (kommeriya qurumlarının” auditdən keçmələri vəziyyətini əks etdirən siyahı hazırlanaraq mövcud qanunvericiliyin tələblərini pozmaqla məcburi auditdən yayınan sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görülməsi üçün Maliyyə Nazirliyinə göndərilmiş, siyahı üzrə məlumatlar əsasında araşdırmaların nəticəsində həmin sahibkarlıq subyektləri, o cümlədən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Həmin meyarlara əsasən işçilərinin sayı 1-10 nəfər və ya illik gəlirləri 200000 manatdan aşağı olan sahibkarlıq subyektləri mikro, işçilərinin sayı 11-50 nəfər və ya illik gəlirləri ******* manatdan aşağı olan sahibkarlıq subyektləri kiçik sahibkarlıq subyektləri adlanırlar. MMC-nin fəaliyyəti restoran xidmətlərinin göstərilməsi ilə bağlıdır. Məlumdur ki, 2020-ci il pandemiya dövrünə təsadüf etmişdir, təqdim etdiyi “X1”ndən görünür ki, 2020-ci ilin İ və İİ rüblərində hər hansı xidmət göstərilməmiş və gəlir əldə edilməmişdir, İİİ və İV rüblərin cəmində isə dövriyyə 200000 manatdan aşağı, işçilərinin sayı 50-dən az olmuşdur. Belə olan halda, məcburi auditin keçirilməsinə əsas, məcburiyyət olmamışdır. Qeyd etdiklərini və təqdim etdikləri sübutları nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri mühasibat uçotunun aparılmasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi mikro sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq təmin edirlər və ya öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Kiçik və X5 üçün X2 Standartlarına və ya X2 Standartlarına uyğun tərtib etmək hüququna malikdirlər. Bu halda mikro sahibkarlıq subyektləri mühasibat uçotunu, tətbiq etdiyi standartlardan asılı olaraq, bu Qanunun 8.1-1-ci və ya 10.1.1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, növbəti il üçün illik maliyyə hesabatlarını Kiçik və X5 üçün X2 Standartlarına və ya X2 Standartlarına uyğun tərtib etmək qərarını, uçot siyasətində əks etdirməklə, cari ilin dekabr ayının 31-dək qəbul edir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Audit-əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən işçilərinin sayı 1-10 nəfər və ya illik gəlirləri 200000 manatdan aşağıda olan sahibkarlıq subyektləri mikro, işçilərinin sayı 11-50 nəfər və ya illik gəlirləri ******* manatdan aşağı olan sahibkarlıq subyektləri kiçik sahibkarlıq subyektləri adlanırlar. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, məcburi auditin keçirilməsi tələb olunan 2020-ci il üzrə Şəxs MMC-nin dövriyyəsi 200000 manatdan aşağı, işçilərinin sayı 50-dən az olduğundan həmin MMC-nin Mülki Məcəllənin 91.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb edən sahibkarlıq subyektlərinə aid edilməsi və İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından 19 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2568/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2568/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver