Məhkəmə qərarları › İş №3(007)-2568/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2568/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2568/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, X1 vəkili-nümayəndəsi Nümayəndə və qərarından şikayət verilən orqanın nümayəndəsi X7 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidməti barəsində tərtib edilmiş 2024-cü il 26 aprel MN ******* nömrəli protokol əsasında xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq eilməsi barədə qərar qəbul etmişdir. Belə ki, müəyyən edilmişdir ki, onunla işçi X6 ilə bağlanmış əmək müqaviləsində xitam verilmə ilə bağlı halı olmamasına baxmayaraq tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin tələbi pozularaq xx.xx.2024-cü il tarixdə müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi əsası ilə 1700 (bir min yeddi yüz manat) məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və hüquqpozma aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilmişdir. Ona verilmiş müddət ərzində nöqsan aradan qaldırılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli əmrlə X3 bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 01 nömrəli əmr ləğv edilmiş, işçinin müəsissədəki fəaliyyəti xx.xx.2024-cü ildən bərpa edilmişdir. Bu barədə əmr əlavə edilməklə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidmətinə məlumat verilmiş, əmrin surəti göndərilmişdir. Bakı şəhər Nizami Rayon İcra Şöbəsi tərəfindən ona göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə ona məlum olmuşdur ki, sözü gedən qərar qərarda göstərilən müddət ərzində nöqsan aradan qaldırılmasına baxmayaraq icraya yönəldilmişdir. xx.xx.2025-ci il tarixli icra sənədi mövcuddur. xx.xx.2024-cü il tarixində X3 tutduğu vəzifəsindən azad olması ilə bağlı ərizənin scan olunmuş pdf formatı “Gmail” vasitəsilə “mailto:startextilemmc@gmail.comElektron ünvan 1” elektron ünvanından mailto:demx_bshi@sosial.gov.azElektron ünvan 2 və mailto:avsel.s.husevnova@sosial.gov.azElektron ünvan 3 ünvanlarına göndərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində ********** - 6064 daxili nömrəsi vasitəsilə icraçı Bənövşə Rzayeva ilə əlaqə saxladıqdan sonra tərəfindən “cavab məktubu mail ünvanıma gəlməyib, Zəhmət olmasa həmin məktubu bu maila göndərəsiniz” məzmunlu elektron poçt Elektron ünvan 4 ünvanına göndərilmişdir. xx.xx.2024-cü il tarixində isə tərəflərindən hazırlanan məktub və əmrin pdf formatı mailto:banovsha.rzaveva@sosial.gov.azElektron ünvan 4 ünvanına göndərilmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 vəkili-nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, mail vasitəsilə əvvəlcə xx.xx.2024-cü il tarixdə Məlahət Həbibovanın ərizəsi göndərilmiş, həmin tarixdə X8 barəsində MN ******* nömrəli qərar qəbul edilmiş, daha sonra müfəttişliklə telefon vasitəsilə əlaqə saxlanılmış, həmin telefon əlaqəsi zaman onlara bildirmişlər ki, nöqsanı aradan qaldırara bu barədə əmrin surətini mail ünvanlarına göndərsinləır. xx.xx.2025-ci il tarixdə nöqsan aradan qaldırılmış, həmin tarixli əmrin ləğv edilməsi barədə əmr DƏMX-nin Bakı şəhər İdarəsinin mail ünvanına göndırilmişdir. Lakin buna baxmayaraq həmin qərar ləğv olunmamış, əksinə icraya yönəldilmişdir. Bütün bunları nəzərə alaraq, şikayətin təmin olunmasını, inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər nümayəndəsi – X12 məhkəmə iclasında çıxış edərək bildirdi ki, nöqsanın aradan qaldırılması və X6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 01 nömrəli əmr ləğv edilməsi barədə onların məlumatı olmamış, bu səbəbdən qərar qüvvədə saxlanılaraq icraya yönəldilmişdir. Qərar qanuni və əsaslıdır. Bu səbəbdən şikayətin təmin edilməməsini və X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərara əsasən X8 Azərbaycan Respublikası İXMnin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1700 manat məbləğində cərimə edilmişdir. İnzibati cərimə şərti olaraq tətbiq olunmuş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi” barədə xx.xx.2024-cü il tarixli, 02 nömrəli Əmrin surətindən görünür ki, X8 ilə “çamaşırcı” vəzifəsində işləyən X6 ilə bağlanmış əmək müqaviləsinin xitam edilməsi barədə xx.xx.2024-cü il tarixli, 02 nömrəli əmr ləğv olunmuş, işçinin müəssisədəki fəaliyyəti xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. İş materiallarına əlavə edilmiş “Gmail” elektron poçt xidmətindən əldə olunmuş çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə X8 tərəfindən hüquqpozmanın aradan qaldırılması ilə bağlı sənədlər qərar qəbul etmiş orqana elektron poçt vasitəsilə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Nizami rayon İcra Şöbəsi tərəfindən icraata başlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, İXM-nin 192.6-cı maddəsində İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd olunan maddənin tərkib əlamətləri öz əksini tapmır. Belə ki, X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək MN ******* nömrəli qərarla şərti olaraq 1700 manat inzibati qaydada cərimə edilmiş, həmin qərarla hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmiş, həmin müddət ərzində X8 tərəfindən qeyd olunan hüquqpozma aradan qaldırılmış və qərar qəbul etmiş orqan bu barədə məlumatlandırılmışdır. Bununla da, X2 öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin qərar qəbul etmiş orqan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək qərarı icraya yönəltmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X5 əməlində İXM-nin 192.6-cı maddəsinin tərkib əlaməti müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 barəsində İXM-in 192.6-cı maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar