Məhkəmə qərarları › İş №3(007)-2574/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2574/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2574/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X2 Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında sənədlərdən görünür ki, Şəxs, xx.xx.2021-ci il tarixdə, saat 00:15 radələrində “BMW 530 İ” minik markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə inzibati tənbeh tətbiq etmə haqqında EQ seriyalı ******* saylı elektron qərar qəbul edilərək, 50 manat məbləğində cərimə olunmuşdur. Lakin Şəxs cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Bu səbəbdən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Nizami Rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, “BMW 530 İ” minik markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olsa da, həmin avtomobili Həsənov Veyis oğlu etibarnamə əsasında idarə etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “BMW 530 İ” minik markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin X1 qanunsuz sahibliyindən alınaraq ona qaytarılması qət edilsə də, hal-hazıradək qətnamə icrasız qalmışdır. Hazırda sözügedən avtomobil barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək hesab edir ki, xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsinin surətindən görünür ki, “BMW 530 İ” minik markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin X1 qanunsuz sahibliyindən alınaraq Şəxs qaytarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Şəxs ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, “BMW 530 İ” minik markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xətanın predmeti olan “BMW 530 İ” minik markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs mülkiyyətində olsa da həmin avtomobil inzibati xətanın törədildiyi xx.xx.2021-ci il tarixdə onun istifadəsində olmamışdır. Bütün bunlar, Şəxs mülkiyyətində olan “BMW 530 İ” minik markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə idarə etməməsi və həmin avtomobillə inzibati xəta törətməməsi barədə yekun nəticəyə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar