Məhkəmə qərarları › İş №3(007)-2577/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2577/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2577/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 324.2 və 327.8-ci maddələri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində idarə etdiyi “BYD Destroyer 05 Plug-İN hibrid” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa dair müvafiq buraxılış kartı olmadan taksi fəaliyyəti ilə məşğul olarkən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospetində hərəkət edərkən H.Əliyev prospektinin köməkçi yolu ilə kəsişməsinə çatmamış hissəsində ani olaraq halı pisləşdiyi üçün əyləc əvəzinə səhvən surəti artıran pedala basmış və idarəetməni itirərək H.Əliyev prospektinin köməkçi yolu ilə əsas yolu ayıran daş bardura-istinad divarına avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan çırpınması nəticəsində barduru qırıb əsas yolu havada qət edərək əks istiqamətli yola tərəf aşmış və bu vaxt H.Əliyev prospektinin əsas yolu ilə soldan sağa hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ford-Transit” markalı, 99JN-288 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinin dam hissəsi ilə avtomobilin alt hissəsi toqquşmuş, nəticədə yük avtomobili aşmış, daş bardurun hissələri əsas yola tökülərək H.Əliyev prospekti ilə soldan sağa hərəkət edən Zərərçəkmiş şəxs3 idarə etdiyi “Chevrolet Cobalt” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsi nəticəsində həmin avtomobil də zədələnmişdir. Sürücü Şəxs bu ehtiyatsız davranışı nəticəsində avtomobilində sərnişin kimi olan Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarəti almışdır. Bununla da o, İXM-in 324.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nizami RPİ təhqiqat şöbəsinin təhqiqatçısı X2 xx.xx.2025-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında bildirdi ki, yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə maddi zərər dəymişdir. Zərər ödənilməsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi deyil. Barəsində inzibati xəta haqqında iş zrə icraat aparılan şəxsə, protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 324.2-ci maddəsinə əsasən buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınma inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 324.2-ci maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 395 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 alnın, qaşarası nahiyənin şişkinlik halında əzilmələri və qançırları, qarnın, oma-büzdüm nahiyəsinin, dilin qançırları, sol bud və sol baldırı əhatə edən, sağ diz oynağı və sağ baldırın orta 1/3-ni əhatə edən hematomaları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, şəxsin özünün göstərdiyi müddətdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli, 395 saylı ekspert rəyi, Nizami RPİ təhqiqat şöbəsinin baş təhqiqatçısı X4 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə digər məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəcəfov X3 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 il (bir il) müddətinə məhdudlaşdırılsın. Şəxs İXM-nin 324.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami rayon polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar