Məhkəmə qərarları › İş №3(007)-2578/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2578/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2578/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X9 Bəxtiyar oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X6, Tələbkarın nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəsibova (Həmidova) Pərvanə Nüsrəddin qızının iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Vəndam qəsəbəsi ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və Qəbələ Rayon Məhkəməsinin 2(025)-829/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, X1 8400 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8430 manat məbləğində pulun alınaraq X2 verilməlidir. İnzibati işdə olan qərardan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-829/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərərqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan bildirişdən görünür ki, icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 8430 manat pulu tələbkara ödəməkdən yayınmış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X10 izahatında göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-829/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 8400 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8430 manat məbləğində pulun alınaraq X2 ödənilməlidir. İcra sənədi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. Borclu Şəxs icra sənədi üzrə tələbin könüllü icrası barədə müvafiq bildiriş göndərilmişdir. Lakin, Şəxs icra vərəqəsi üzrə mövcud borcundan 150 manat ödəniş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X8 izahatında göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-829/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 8400 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8430 manat məbləğində pulun alınaraq X2 ödənilməlidir. Şəxs icra vərəqəsi üzrə borcdan onlara 150 manat ödəniş etmişdir. Qalan borcunun tez bir zamanda geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında borclu Nəsibova (Həmidova) Pərvanə Nüsrəddin qızı izahatında göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-829/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə hazırda borcu tam olaraq ödəməyə imkanı olmasa da, 150 manat ödəniş etmişdir. Qalan borcunu hər ay hissə-hissə ödəyəcəyini nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Nəsibova (Həmidova) Pərvanə Nüsrəddin qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Nəsibova (Həmidova) Pərvanə Nüsrəddin qızının Qəbələ Rayon Məhkəməsinin 2(025)-829/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə mövcud borcundan müəyyən məbləğdə ödəniş etməsi onun icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Nəsibova (Həmidova) Pərvanə Nüsrəddin qızının barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Nəsibova (Həmidova) Pərvanə Nüsrəddin qızının barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nəsibova (Həmidova) Pərvanə Nüsrəddin qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar